Seymur Həzi ev dustaqlığına buraxılmadı

Ancaq jurnalistin vurduğu iddia olunan Məhərrəm Həsənov azadlığa buraxılıb

Source:


Ancaq jurnalistin vurduğu iddia olunan Məhərrəm Həsənov azadlığa buraxılıb

Oktyabrın 2-də Abşeron Rayon Məhkəməsində “Azadlıq” qəzetinin jurnalisti, “Azərbaycan saatı” proqramının aparıcısı Seymur Həzinin ev dustaqlığına buraxılması ilə bağlı qaldırılan iddiaya baxılıb. Prosesdə iştirak edən Meydan TV-in əməkdaşının bildirdiyinə görə, iddia rədd edilib və Seymur Həzi ev dustaqlığına buraxılmayıb. Ancaq Seymur Həzinin vurduğu iddia olunan Məhərrəm Həsənov ev dustaqlığına buraxılıb.

Seymur Həzi avqustun 29-da Ceyranbatındakı avtobus dayanacağının yaxınlığında Məhərrəm Həsənova qarşı zor tətbiq etməsi iddiasından sonra saxlanılıb.

Hadisə ilə bağlı Abşeron Rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Ana səhifəXəbərlərSeymur Həzi ev dustaqlığına buraxılmadı