Seymur Həzi: Ədalət Vəliyev də sələflərinin yolunu getməyə cəhd edir

Seymur Həzi bildirib ki, 44 günlük hərbi əməliyyatlar zamanı Azərbaycan cəmiyyətinin və müxalifətinin necə birləşdiyini, vahid mövqedən çıxış etdiyini hamı gördü

Source:


"Deməli, problemlər radikaldır ki, onu səsləndirənləri də radikal adlandırırlar"

Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Azərbaycan Xalq Cəbhəsi Partiyası və Milli Şuranı dialoqdan və partiyalararası konstruktiv əməkdaşlıqdan kənara çəkməkdə suçlayıb.

Bu barədə Ədalət Vəliyevin “Azərtac”da yayımlanan "Azərbaycan dövlətçiliyinin islahatlar və zəfər mərhələsi" adlı

məqalə

sində bildirilib.

Məqalədə qeyd olunub ki, ölkənin siyasi rəhbərliyi tərəfindən yeni siyasi islahatlar kursu təqdim olunmasına, yeni konfiqurasiya elan edilməsinə, dialoq təklifləri səsləndirilməsinə, Prezident Administrasiyasının müvafiq strukturunun təşəbbüslərinə baxmayaraq, təəssüf ki, AXCP və onun yandaş qurumu olan “Milli Şura” inadla siyasi dialoqdan yayınıb: “Bu, əslində, Azərbaycanda guya demokratiya sahəsindəki çatışmazlıqlar olmasını siyasi təzyiq məqsədilə istifadə etmək istəyən müəyyən xarici dairələrə bəhanələr yaratmağa xidmət edir. Yaranmış yeni sağlam mühit təşəbbüskar gənclərin siyasi birliklərdə iştirakını artıracaq, eyni zamanda, sağlam rəqabət aparmağa qabil olmayan qüvvələr siyasi səhnəni gec-tez tərk edəcəklər. Prezident İlham Əliyev də deyib. Mən yeni siyasi islahatlar proqramını təqdim etmişəm, o, bütün siyasi partiyaların mütləq əksəriyyəti tərəfindən dəstəklənib… Biz siyasi dialoqun çox aktiv fazasındayıq”.

AXCP sədrinin müavini Seymur Həzi təəssüflənib ki, Ədalət Vəliyev də sələflərinin yolunu getməyə cəhd edir, amma bu cür yanaşma məsləhət deyil.

Seymur Həzi
Seymur Həzi

Seymur Həzi bildirib ki, 44 günlük hərbi əməliyyatlar zamanı Azərbaycan cəmiyyətinin və müxalifətinin necə birləşdiyini, vahid mövqedən çıxış etdiyini hamı gördü:

“Başqa vaxtlarda isə müxalifətin tənqid etmək funksiyası var. Cəmiyyət də müxalifəti ona görə müxalifət kimi qiymətləndirir və formalaşdırı ki, düşərgə onun tənqidi fikirlərini çatdırsın. Kim cəmiyyətin daha əsaslı problemlərini dilə gətirə bilirsə, hökumət onu radikal müxalifət adlandırır. Prinsipcə, radikal müxalifət ifadəsi hökumətin özünə sərf etmir. Deməli, problemlər radikaldır ki, onu səsləndirənlər də, radikal adlandırırlar. Mən Ədalət Vəliyeva yenidən əvvəlki ritorikayla cavab vermək istəməzdim, hər halda ictimaiyyət onun nə qədər haqlı olub-olmadığını görsün. Sadəcə, Ədalət Vəliyev bilməlidir ki, sələflərinin ritorikası uğurlu olsaydı, indi onları əvəz etmiş olmazdı. Belə başa düşürəm ki, Azərbaycan hökumətində bir çox adamların çörəyi qarşılıqlı ittihamlardan çıxır. Niyəsə problemləri qaşıyırlar ki, onlara kimsə sərt cavablar versin. Bu cür davam etmək cəmiyyətə xeyir verməz”.

Ana səhifəSiyasətSeymur Həzi: Ədalət Vəliyev də sələflərinin yolunu getməyə cəhd edir