“Seymur Həzi dərhal azad edilməlidir”

“Sərhədsiz Reportyorlar” Azərbaycanda insan haqlarının pozulması ilə bağlı bəyanat yaydı

Source:


“Sərhədsiz Reportyorlar” Azərbaycanda insan haqlarının pozulması ilə bağlı bəyanat yaydı

““Azadlıq” qəzetinin icmalçısı Seymur Həzi – təxribat qurbanı dərhal azad edilməlidir”. Bu tələb “Sərhədsiz Reportyorlar” beynəlxalq hüquq- müdafiə təşkilatının bəyanatında yer alır.

Azərbaycan “Sərhədsiz Reportyorlar”ın tərtib etdiyi Azadlıq İndeksində 180 ölkə arasında 160-cı yeri tutur. Hazırda ölkənin müstəqil mətbuatı və vətəndaş cəmiyyəti hakimiyyətin görünməmiş təzyiqinə məruz qalır.

Sentyabrın 5-də Amerikanın medianın inkişafına dəstək verən İREX qeyri-hökumət təşkilatının Bakı ofisində axtarış aparılıb. Prokurorluq İREX-in avadanlığını və sənədlərini müsadirə edib, ölkənin 40-a yaxın QHT-si kimi, təşkilatın bank hesabı da dondurulub.

 Bir neçə QHT lideri həbs edilib, digərləri ölkəni tərk etmək və ya fəaliyyətinə son qoymaq məcburiyyətində qalıb.

Hakimiyyət jurnalistləri və vətəndaş fəallarını susdurmağa müvəffəq olmadıqda isə onların ailələrini təqib etməyə başlayır. Çox vaxt fəalları susdurmaq üçün şantajdan istifadə olunur, deyə bəyanatda qeyd edilir.

Belə ki, bir müddət əvvəl “Azadlıq” qəzetinin müxbiri Natiq Ədilovun qardaşı Murad Ədilov narkotik saxlamaq ittihamı ilə həbs edilib. Sentyabrın 8-də Natiq Ədilovun özünün ölkədən çıxışı qadağan edilib. Bu zaman ona 2020-ci ilə qədər müddəti olan pasportunun “etibarlılıq müddətinin bitdiyini” bildiriblər.

Bütün bu təqib və təzyiqlər avqustun 29-da Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin KİV-dən əsas işlərinin vətənpərvərlik və hakimiyyətə loyallıq olmasını tələb etməsindən sonra daha da güclənib. Hakimiyyətin siyasətini tənqid etmək “anti-Azərbaycan şəbəkəsinin” və “düşmən qüvvələrin” fəaliyyətidir.

Bu zaman Mehdiyev “Azadlıq” qəzetini və “Azadlıq” radiosunun Azərbaycan xidmətini xüsusilə vurğulayıb.

Ana səhifəXəbərlər“Seymur Həzi dərhal azad edilməlidir”