Seymur Həzi azadlığa buraxılmadı

Prokuror Apellyasiya Məhkəməsinin qanun pozuntusuna yol vermədiyini əsas gətirərək qərarın qüvvədə saxlanılmasını istəyib

Source:
Seymur Həzi
Seymur Həzi
Seymur Həzi
Seymur Həzi


Prokuror Apellyasiya Məhkəməsinin qanun pozuntusuna yol vermədiyini əsas gətirərək qərarın qüvvədə saxlanılmasını istəyib

 Aprelin 15-də Ali Məhkəmədə hakim İlham Cəfərovun sədrliyilə keçirilən prosesdə jurnalist Seymur Həzinin kassasiya şikayətinə baxılıb. Hakim Bakı Apellyasiya Məhkəməsinin verdiyi qərarı qüvvədə saxlayıb. Jurnalist həbsdə qalıb. Bu barədə Meydan TV-nin məhkəmədə iştirak edən əməkdaşı məlumat verib.

Prosesdə çıxış edən vəkil Adil İsmayılov bildirib ki, məlum hadisə zamanı S. Həziyə qarşı təxribat olub: “Əvvəla, Seymur Həzinin əleyhinə ifadə verən Məhərrəm Həsənovun Facebook haqda anlayışı yoxdur, ikinci, əvvəlki instansiyalarda o, sosial şəbəkədəki adının necə olduğunu və məktubun yazılması barədə suallara cavab verə bilmədi”.

Vəkil məhkəmənin S.Həzi haqda bəraət hökmü verəcəyinə ümid etsə də bu, baş verməyib: “Respublika Prokurorluğunun İntiqam Əliyevlə bağlı protestində yazılmışdı ki, cəza verilərkən məhkumun şəxsiyyəti, hadisənin necə baş verdiyi nəzərə alınmalıdır. Seymur Həzi Azərbaycan ordusunda zabit kimi xidmət edib, Laçın rayonunun işğalı nəticəsində məcburi köçkün düşüb, bunları nəzərə alıb onun azadlığa buraxılmasını istəyirik”.

Digər vəkil Fəxrəddin Mehdiyev S. Həzinin jurnalist fəaliyyətindən danışaraq məhkəmənin onun azadlığa buraxacağına inanmaq istədiyini deyib: “Dövlət ittihamçısı Apellyasiya Məhkəməsinin qanun pozuntusuna yol vermədiyini əsas gətirərək qərarın qüvvədə saxlanılmasını istəyib”.

Hakimlər heyəti qısa müşavirədən sonra hökmün dəyişdirilmədən qüvvədə saxlanılması haqda qərarı elan edib.

Yanvarın 29-da Abşeron Rayon Məhkəməsində hakim Şövkət Nəcəfovanın sədrliyi ilə keçirilən prosesdə jurnalist S.Həzi haqqında 5 il azadlıqdan məhrumetmə hökmü çıxarılıb.

S.Həzinin əleyhinə ifadə verən M.Həsənov isə 6 ay azadlıqdan məhrum edilib.

S.Həzi ötən ilin avqustun 29-da Abşeron rayon polisləri tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) maddəsilə ittiham irəli sürülüb.

Ana səhifəXəbərlərSeymur Həzi azadlığa buraxılmadı