Seymur Həzi azadlıqda

Adətən azad olunanlar kiçik həbsxanadan böyük həbsxanaya deyirlər, mən əksini düışünürəm, böyük həbsxanadan kiçik həbsxanaya çıxmışam.

Source: Meydan TV


"Azadlığımla bağlı xüsusi bir hissim yoxdur və elə bir fərq görmürəm"

Avqustun 29-da səhər saat 7.15-də jurnalist Seymur Həzi azadlığa buraxılıb.

Meydan TV-nin suallarına cavab verən Seymur Həzi bildirib ki, o, azadlığa çıxacağına və ya hər hansı təxribat olacağına hazır idi:

image_from_ios (5).jpg
Seymur Həzi: Ümumiyyətlə hər şeyə hazır idim

“Ümumiyyətlə hər şeyə hazır idim. Azadlığımla bağlı xüsusi bir hissim yoxdur və elə bir fərq görmürəm. Adətən azad olunanlar kiçik həbsxanadan böyük həbsxanaya deyirlər, mən əksini düışünürəm, böyük həbsxanadan kiçik həbsxanaya çıxmışam”.

S.Həzi 2014-cü il avqustun 30-da həbs edilib. O, Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunaraq 5 il həbs cəzası alıb. Jurnalist bu ittihamı rədd edərək, “Azadlıq” qəzetində hakimiyyəti tənqid edən məqalələr yazdığına və “Azərbaycan saatı” proqramında aparıcı olduğuna görə həbs olunduğunu bildirib.

“Amnesty International” təşkilatı S.Həzini vicdan məhbusu kimi tanıyıb.

image_from_ios.jpg
Seymur Həzi evində
image_from_ios (4).jpg
Azadlığa buraxılma sənədi
Ana səhifəXəbərlərSeymur Həzi azadlıqda