Seymur Baycanın travması

“Quqark”da müharibə, qadınlar və yaşanan travmalar

Source:


2 hissə

Anuşun təkcə müharibəylə deyil, romanın kökü olan qadın söhbətləri ilə sıx əlaqəsi var. Romanda onların sayı baş gicəlləndirir. Onların çoxu ilə qəhramanın intim yaxınlığı olur. Anuşla belə bir yaxınlıq təsvir olunmur və ya müəllif təsvir etmək istəmir. Qadınlarla ayrılıqların səbəbləri çox vaxt aydın olmur. Qazaxstandakı Qalya ilə 40 gün yaşadıqdan sonra bir daha görüşmür. Baxmayaraq ki, onlar arasında ayrılığa səbəb olacaq bir şey yaşanmayıb. Belə təəssürat yaranır ki, Qalyanın yanında Seymur rahatdır, lakin onların ayrılma səbəbini tapmaq olduqca çətindir.

Bu romanda elə münasibətlər də təsvir olunur ki, insanların bir yerdə olmamasının səbəbləri açıq- aydın yazılır. Müəllif yenə də Qazaxstanda özbək bir qızla tanış olur. “O çox yaxşı qız idi, mehriban və ehtiraslı. Lakin o qədər də gözəl deyildi” (səh. 176). Onun çox danışması, ev işlərini görməməsi və çox içməsi Seymurun xoşuna gəlmirdi. Bizim qəhraman çoxdanışan qadınları sevmir. Başqa bir münasibətdə onu rəfiqəsinin telefonla çox danışması əsəbləşdirir. Romanda müəllif qanınlarda ancaq sevmədiyi xüsusiyyətləri deyil, həm də onu cəlb edən detallarıda xırdalayır.

Əlbətdə ki, ilk növbədə xarici görünüşdur, sinənin böyük olması isə əsas şərtdir. Quqarkda onun diqqətini “dik məməli” müəllimə cəlb etmişdi (səh 35). “Mən Anuşla ədəbiyyat haqqında danışanda “utanmazca” düz gözümün qabağında olan sinəyə baxırdım. Yazıçı və kitabların adını xatırlamağa çalışırdım” (səh. 42). Burda düşərgədə o bir fransız qadınla da tanış olur onun da “qəşəng, böyük sinəsi vardı”. Köynəyi bir az şəffaf idi və çiyininə atdığı yay şərfı hərdən açılır və yarım açıq sinəsi hiss olunurdu. O öz şarfını düzəldənə kimi, mən hərisliklə onun sinəsinə baxır və çantamdakı “Qırmızı kamikadze”ni düşünürdüm” (səh. 122).

Göründüyü kimi, müəllif qadınlarda yalnız bədən quruluşuna fikir verir, üz cizgiləri oxucu üçün naməlum qalır. Bu da kişilərə xas olan keyfiyyətdir-əvvəl qadının bədən quruluşuna baxırlar sonra üzünə. Gözəlliyin ümümi qiymətləndirilməsində bədən quruluşu üz cizgilərindən daha böyük əhəmiyyətə malikdir. Lakin müəllif qadın tanışlarının xarici görünüşdən savayı daxili keyfiyyətlərini də vurğulayır. Onun Anuşda bəyəndiyi keyfiyyət Anuşun çoxlu kitab oxuması, lakin bununla öyünməməsidir. Qadın kişidən ağıllı görünməməlidir, kişidən az kitab oxumalıdır, həmdə çox sadəlöhv də olmamalıdır. Ədəbiyyat onları birləşdirdi, bu da o deməkdir ki, kişilər qadını sevərkən onların təkcə xarici görünüşünə deyil, həm də ruhi yaxınlığına diqqət edirlər.

Müharibənin çox vaxt qadınla assosiasiya olunmasına baxmayaraq, qadın gözəlliyini təsvir etmək daha asandır. Müharibə olan yerdə mütləq bir qadın peyda olmalı və ya bir sevgi macərası yaşanmalıdır. Lakin burda heç kim ağılını itirərək sona kimi sevmir və buda müharibənin daha bir faciəvi simasını göstərir.

Təsvir etmənin çətinliyi və elə müharibənin özü travma ilə əlaqəlidir. Travmanın isə qələmə alınması demək olar ki, mümkün deyil. Humanitar elmlər sahəsində travma ilə bağlı araşdırmaçılardan ən məhşuru Dominik La Kapra sayılır. O travmadan sonra keçən vaxt haqqında yazır: “Alınan psixoloji travmadan sonra keçmişdə yaşanan xatirələr və fantaziyalar insanı təsir altında saxlayıb, ələ ala bilir”. Polşada travma haqqında daha bir fikir məhşur qərb filosofu Aqata Belik-Robsona aiddir. O bu halı “yaşanmayan indiki hal, indiki halın yaşanmaması” adlandırır.

Bizim qəhramanımız keçmişin cəngindədir. O xatirələr okeanında boğulur. Öz beynindən təkcə müharibəyə aid yox, Quqarka qədər həyatında yaşanmış Rusiya, Qazaxstan, müxtəlif oxunmuş romanlar, uşaqlıq illərinin hissələrini çıxardır. Bəzən humanitar elmlərlə tibb parallellik təşkil edir. Tibbdə travma anlayışının mənası daha asan və olduqca sadədir. Alimlər çoxdan belə bir qənaətə gəliblər ki, eyni mənzərə ilə Holokostdan xilas olunan, zorlanma qurbanı, təbii fəlakətlə qarşılaşan, müharibə iştirakçısı olan insanlarda qarşılaşmaq olar. Hazırda “stressor” (travma) həyat itkisi ilə birbaşa qarşılaşma, hər hansı fiziki yaralanma, özünün və ya başqasının toxunulmaz olanına toxunulması, zərbə vurulması kimi müəyyən olunur.

Bu o deməkdir ki, Seymurun yaralanmayıb sağ qalmasına baxmayaraq, onun zibil dolu çalada uzanması travmanın yaranmasına kifayət etmişdir. Qanı axan yaralı əsgərləri görməsi də qəhraman üçün travma səbəbi sayıla bilər. Ümumilikdə travmanın heç bir ədəbi sözlə ifadə olunması mümkün deyil. Onların xatırlanması “qeyri-verbal yaddaşın bir hissəsi” kimi qəbul olunur. Travmalar romanda Seymurdan asılı olmayaraq peyda olur və o xatirələr burulğanında sanki özüylə danışır. Roman haqqında çıxardığım qərarı təstiqləmək və ümümi nəticə çıxarmaq üçün alınmış travma haqqında aşağıdakı hissəni sitat gətirmək istərdim:

“Yaşadıqlarımın sözlə ifadə olunması özlüyündə çox əzabvericidir. Mən məcbur oluram yenidən hər şeyi xatırlayım, yaşananları ikinci dəfə yenidən yaşayım. Kaş, içimdə kök salmış xatirələri kağız üzərinə köçürə biləydim. Bunun üçün mənim nə gücüm kifayət edir, nə də istedadım. Yaşanmışların ağırlığı məni sıxır və məhv edir. Hiss eləyirəm ki, yazılar solğun və cansız alınır”. (səh. 286)


İzabella Slivinskaya (Izabella Śliwińska)



Yagellonsk Universiteti, doktorant (Krakov)


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəSeymur Baycanın travması