Sevinc Vaqifqızına qarşı iddia qismən təmin olunub

Jurnalist Sevinc Vaqifqızı isə söyləyir ki, 2018-ci ildə keçirilən prezident seçkiləri günü məntəqədə direktor müavininin karuselə nəzarət etdiyini müşahidə etdiyinə görə çəkilişinə icazə verməyiblər.

Source: meydan.tv


Direktor müavininin əri jurnalistin yaxınına hücum edib

Binəqədi Rayon Məhkəməsi avqustun 5-də 251 nömrəli məktəbin direktor müavini Elmira Alandarovanın jurnalist Sevinc Vaqifqızına qarşı iddiasını qismən təmin edib.

Elmira Alandarova jurnalisti "Direktor müavini seçkidə "karusel"ə nəzarət edir" başlığıyla Meydan TV-də, "Azadlıq" qəzetinin internet saytında, sosial şəbəkələrdə yayımlanmış videoya görə məhkəməyə verib. Direktor müavini jurnalistin üzr istəməsini, videonun yayımlayan saytlardan silinməsi və təkzib verilməsini, 2500 manat da kompensasiya tələb edir. Jurnalist Sevinc Vaqifqızı isə söyləyir ki, 2018-ci ildə keçirilən prezident seçkiləri günü məntəqədə direktor müavininin karuselə nəzarət etdiyini müşahidə etdiyinə görə çəkilişinə icazə verməyiblər.

Məhkəmə qətnamə çıxarmazdan əvvəl hakim tərəflərdən barışıq əldə edilib-edilmədiyini soruşub. Elmira Alandarovanın nümayəndəsi qismində çıxış edən həyat yoldaşı Rasət Qasımov cavab verib ki, o, sonuncu prosesdə qarşı tərəfə nişanlısı ilə xoşbəxtlik arzulasa da, onlar üzr istəməyiblər. Hakim gülərək bildirib:

“Bunun məsələyə aidiyyatı yoxdur. Siz onlara xoşbəxstlik arzulamısınız deyə, geri çəkilməlidirlər?” Hakim Rasət Qasımova sual verib ki, həyat yoldaşınız komissiya üzvü olmadığı halda niyə seçki günü məktəbdə olub. Rasət Qasımov bildirib ki, Nizami Rayon İcra Hakimiyyətindən zəng edib seçki məntəqəsində olmasını istəyiblər. Vəkil Zibeydə Sadıqova deyib ki, icra hakimiyyətinin seçki prosesinə müdaxiləsi qanunsuzdur. Amma buna baxmayaraq, Rasət Qasımov yenidən vəsatət qaldırıb ki, qarşı tərəf üzr istəməli, təzminat ödəməli və materiallar yayılan saytlardan silinməlidir. Amma hakim vəsatəti rədd edib.

Bundan sonra hakim Emin Əliyev iddiaları təmin etməyib, qətnamədə yalnız o bildirilib ki, xəbərin başlığı həqiqətəuyğun deyil:

“Direktor müavini Elmira Alandarova 25 saylı Nizami II seçki dairəsində “karusel”ə nəzarət eməyib”. Məhkəmə prosesi yekunlaşanda Rasət Qasımov jurnalistin nişanlısına hücum edərək, onu təhqir edib. Onun bu hərəkətindən məhkəməyə şikayət edilib. Sevinc Vaqifqızı məhkəmənin qətnaməsindən apelyasıya şikayəti verəcəyini deyib:

“Yazının başlığını doğru hesab etdiyim üçün qətnamədən razı deyiləm, ona görə Bakı Apelyasiya Məhkəməsinə müraciət edəcəm”.

Ana səhifəXəbərlərSevinc Vaqifqızına qarşı iddia qismən təmin olunub