Nümayəndəsi isə jurnalistin işlə bağlı Bakıya gələ bilmədiyini deyir
Nərimanov rayon Məhkəməsində jurnalist Sevinc Osmanqızının cinayət işi məhkəmə prosesi davam edib.
Lent.az
-ın məlumatına görə, hakim Məzahir Sadıqovun sədrlik etdiyi prosesdə iddiaçı şəxsin vəsatəti qəbul edilib. Bununla Sevinc Osmanqızının məcburi şəkildə məhkəməyə gətirilməsi qərarı qəbul edilib.
Jurnalistə qarsı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci (böhtan atma) və 148-ci (təhqir etmə) maddələri ilə cinayət işi açılıb.
Sevinc Osmanqızı barəsində məhkəmə iddiasını keçmiş həyat yoldaşı, Azərbaycanın «CBC» (Caspian International Broadcasting Company) telekanalının direktoru Azər Xəlilov qaldırıb.
Sevinc Osmanqızı CNN, BBC və digər aparıcı Qərb mətbuatında Azərbaycana dair verilişlərin müəllifidir. ANS-in Amerikada xüsusi müxbiri işləməzdən əvvəl televiziyanın “Xəbərlər” redaksiyasının bas redaktoru, Londonda BBC radiosunun jurnalist-prodüseri çalışıb.
O, “Açıq söhbət” siyasi debat proqramının moderatoru olub və şəhid jurnalist Osman Mirzəyevin qızıdır.