Sevinc Babayevanın oğlu 15 il azadlıqdan məhrum edildi

O, qısqanclıq zəminində həyat yoldaşına 16 bıçaq vurub

Source:
Ayxan Məmmədov foto sosial şəbəkə


O, qısqanclıq zəminində həyat yoldaşına 16 bıçaq vurub

Ləğv olunmuş Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevlə keçmiş deputat Gülər Əhmədova arasında vasitəçi kimi təqdim olunan Sevinc Babayevanın oğlu Ayxan Məmmədova 15 il həbs cəzası verilib.

Azadlıq Radiosunun məlumatına görə, yanvarın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. Ayxan Məmmədov məhkəmədə ifadəsində özünü təqsirli bilib. Cinayət işinin materiallarına görə, o, qısqanclıq zəminində həyat yoldaşına 16 bıçaq zərbəsi vurub.

Gülər Əhmədovanın həbsi ilə nəticələnən qalmaqallı «deputat seçilmək üçün 1 milyon dollar» videosu yayıldıqdan sonra Sevinc Babayeva Türkiyəyə getmiş və iki ay sonra İstanbulda vəfat etmişdi. Ayxan Məmmədov istər mətbuata açıqlamalarında, istərsə prokurorluqda və məhkəmədə ifadələrində anasının ölümünə görə Gülər Əhmədovanı ittiham edirdi.

Keçmiş deputat isə ittihamları qəbul etmir.

Gülər Əhmədova məlum qalmaqaldan sonra mandatından imtina edib. O, CM-nin dələduzluq, cinayəti bilib xəbər verməmək maddələri ilə ittiham olunub. 2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan keçmiş deputat apellyasiya şikayəti verib. 2014-cü il mayın 5-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Gülər Əhmədovaya verilən həbs 3 il sınaq müddəti təyin olunmaqla, şərti cəza ilə əvəzlənib və o, azadlığa buraxılıb.

Ana səhifəXəbərlərSevinc Babayevanın oğlu 15 il azadlıqdan məhrum edildi