Mənbə: Meydan TV

Sevilin atası: “Qorxurdum, deyirdim hara getdin geolakasiyasiyanı göndər”

Sevilin atası: “Qorxurdum, deyirdim hara getdin geolakasiyasiyanı göndər”

20 yaşlı Sevilin sonuncu gördüyü mənzərə bu olub. 21 fevralda axşam 7 radələrində o, Xətai rayonunda yerləşən 20 mərtəbəli binanın ən sonuncu mərtəbəsinə qalxıb. Mühafizəçi deyir ki, binada təmir getdiyindən blokun qapısı açıq olub. Sevil intihardan öncə eynəyini çıxarıb eyvanın məhəccərinə qoyub. O, binanın həyətindəki maşının üstünə düşüb.

Hadisədən sonra Sevilin rəfiqələri ilə, psixoloji yardım aldığı şəxslə yazışmaları üzə çıxıb. O, valideynlərindən şiddət gördüyünü yazıb.

“Orta statistik bir ailəyə sahibəm. Atam bir qırağa, nənəm və anam da dəhşət çox incidir məni. Dəqiqəbaşı haradasan, nə edirsən, evə 10 dəqiqə gec gələndə təhqirləri, bir də həsrət qalacaqsan bayıra, təhdidlər. Atam tez-tez təhdid edir ki, səhvin olsa, vurub öldürərəm səni. Bu adam məni 2 il əvvəl oğlan dostumla şəklimə görə döyüb nə hala salmışdı”.

Ailəsi döyülmə ilə bağlı ittihamları qəbul etmir. Qızlarına qarşı mehriban davrandıqlarını deyirlər.

Sevil Atakişiyevanın rəfiqələri və nişanlısı hadisə ilə bağlı prokurorluğa izahat verdiklərini bildiriblər. Onlar hadisə ilə bağlı mətbuata danışmaq istəməyiblər.

"Vətəndaş” Tədqiqat və İnkişaf İB-nin sədri Günel Səfərova deyir ki, 10 ildir Məişət Zorakılığının qarşısının alınması haqqında qanun qəbul olunsa da, onun icra mexanizmləri bu günə qədər mövcud deyil. O hesab edir ki, zorakılıq hallarının qarşısını almaq üçün hökumətin siyasi iradəsi olmalıdır.

Xətai Rayon Prokurorluğu Sevil Atakişiyevanın intiharı ilə bağlı Cinayət Məcəlləsinin “özünü öldürmə həddinə çatdırma” maddəsi ilə cinayət işi açıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/vthl0v

Ən çox baxılan