Avqustun 10-da “Sevil” yaşayış massivinin payçıları Beynəlxalq Mətbuat Mərkəzində şikayətlərini dilə gətirmək üçün toplaşıblar. Onların sözlərinə görə, “Sevil” MTK-dan ev tikmək üçün torpaq sahəsi alsalar da, tikinti işləri dayandırılıb.
Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində işləri davam edən şikayətçilər hakim Əfqan Hacıyevin məsələyə səthi yanaşdığını deyirlər.
Şikayətçilər deyir ki, “Sevil” massivinin təsisçilərinin heç bir günahı yoxdur. Onların həbsi qanunsuzdur.
66 yaşlı Cəmilə xanım oğluna torpaq almaq üçün bankdan pul götürüb. İndi o pulu ödəmək üçün günü 12 manata xadimə işləyir.
Bu yazı 9 ildən çoxdur ki, yayımlanıb.
Yayımlandı: 11 Avqust 2015 00:04