”Sevil” massivinin payçıları aksiya keçirib (VİDEO)

“Sevil massivi” MTK-dan torpaq sahəsi alanlar Prezident Administrasiyasının qarşısında aksiya keçiriblər. Aksiya iştirakçıları deyir ki nə pullarını, nə də torpaqlarını qaytaran yoxdur.

“Prezident deyir ki, mən hər bir Azərbaycan vətəndaşının prezidentiyəm. Əgər doğrudan da mənim prezidentimdirsə, mən neçə illərdir ona səs verirəmsə, qoy mənim səsimi eşitsin. Mən küçədə qalmışam.Nəyimiz var satıb, bura vermişik ki, balalarımızı yerləşdirək. Onlar da belə aldadıblar bizi. Buişin başında kim durur bilmirik. Artıq ikinci ilə keçir, ki, bizi süründürürlər. Mən bir şeyi anlamıram ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi məni zərərçəkən kimi tanıyıbsa, bizə dəyən ziyanı təsdiqləyibsə, bu Ağır Cinayətlər Məhkəməsi daha nəyi gözləyir? Bizi nəyə görə süründürürlər?”

Prezident Administrasiyasından şikayətçilərə Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun qəbuluna getməli olduqlarını deyiblər.

Ötən il “Sevil” massivi MTK-nın təsisçisi və həmin kooperativin direktoru həbs olunublar.Hər iki şəxs qanunsuz sahibkarlıq və vergi ödəməkdən yayınma da ittiham olunurlar.

Baş Prokurorluğun ötən il iyulun 25-də yaydığı məlumatda bildirilir ki, Vergilər Nazirliyi “SevilⅦ massivi MTK-da külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməsindən yayındırılması faktını aşkar edib. Bununla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi qaldırılıb.

Məlumata görə, şirkət rəhbərləri 2013-2014-cü illərdə 172 min 507 manat məbləğində sadələşdirilmiş vergini dövlət büdcəsinə ödəməyiblər.

Ana səhifəVideo”Sevil” massivinin payçıları aksiya keçirib (VİDEO)