16 martda ölkə başçısı İlham Əliyevin imzaladığı sərəncamla azadlığa çıxan bloger, NİDA üzvü Əbdül Əbilov həbsinin necə keçdiyindən danışır.
O, 2013-cü ilin noyabrın 22-də külli miqdarda narkotik maddə saxlamaqda, satmaqda ittiham olunaraq həbs edilib. Bloger deyir ki, “facebook” da “Yaltaqlara dur deyək” səhifəsinin idarəçisi olduğu üçün 5 il 6 ay həbs alıb.