Sevda Ələkbərzadə: Bizim ölkədə məmur sənətçidən daha hörmətlidir

Əgər adamın yoxdursa, səni incitməlidirlər, bu günə qalmalısan?

Source: meydan.tv


“Elina Hacıyevanın ölümü cəmiyyətin günahıdır”

“Bizim ölkədə kim daha hörmətlidir, məmur, yoxsa sənət sahibi? Təbii ki, məmur. Amma belə olmamalıdır. Sənətkar öndə olmalıdır”.

Bu fikirləri əməkdar artist Sevda Ələkbərzadə Murad Arifin “YouTube” layihəsi “Popumuz var”da səsləndirib:

“Məsələn, 60-cı illərdə kimin deputat, kiminsə nazir olması heç kimin yadında deyil. Amma yazıçı, aktyor, rejissor, musiqiçi və sənətkarlarını tanıyırsan, bilirsən. Çünki sənəti onlar yaşadır”.

İfaçı 14 yaşlı Elina Hacıyevanın intiharından və orta məktəblərdəki təklənməyə, psixoloji basqıya da münasibətini bildirib:

“Əgər adamın yoxdursa, səni incitməlidirlər, bu günə qalmalısan? Gərək adamın ola? Kimliyindən asılı olmayaraq, insan insandır. Elina Hacıyevanın ölümü cəmiyyətin günahıdır. Cəmiyyət başqa fikirdədir. Adamın telefonuna, mindiyi maşına görə hörmət edib, qarşılayırlar. Bunun qarşısını almaq üçün mən bacardığımı edirəm. Səviyyəli musiqi oxuyuram, kütlənin arxasınca getmirəm. Sənət üçün çalışıram. İnsan özünü mütləq tərbiyə etməlidir.

Təklənmək mənim də başıma gəlib. Sınmamışam, belə məsələlərdə zəif deyiləm. Məni qıra bilməyiblər, həmişə sözümü deyə bilmişəm”.

Ana səhifəMədəniyyətSevda Ələkbərzadə: Bizim ölkədə məmur sənətçidən daha hörmətlidir