Səudiyyədən Ukraynaya 400 milyon dollarlıq yardım planı

Ukrayna. Foto: Meydan TV

Şahzadənin Kiyevə səfəri gözlənilməz olub

Səudiyyə Ərəbistanı xarici işlər nazirinin Kiyevə gözlənilməz səfərindən sonra bu ölkə Ukrayna ilə 400 milyon dollarlıq müqavilə imzalayıb.

Şahzadə Faysal bin Fərhan son 30 ildə Ukraynaya səfər edən ən yüksək səviyyəli Səudiyyə rəsmisi olub.

O, Ukrayna Prezident Volodimir Zelenski, onun aparat rəhbəri Andrey Yermak, ukraynalı həmkarı Dmitri Kuleba və başqaları ilə görüşüb.

Şahzadə görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, onlar Ukrayna hökuməti ilə müqavilə imzalayıb.

Həmin müqavilə oktyabrda Səudiyyə hökumətinin Ukrayna üçün ayırdığı 410 milyon dollar humanitar yardımın necə xərclənməsi ilə bağlıdır.

Ukraynadakı durum

Bundan əlavə, fevralın 27-də gecə yarısından Ukraynanın hər yerində hava hücumi sirenləri səslənib.

Rusiyanın pilotsuz uçan dronlarının hücumu ilə bağlı xəbərdarlıq edilib.

Həmin dronların atəşi nəticəsində azı bir nəfərin həlak olduğu bildirilir. Dörd nəfərin isə yaralandığı qeyd edilir.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, İran istehsalı olan 14 birdəfəlik pilotsuz təyyarədən 11-i vurulub.

Putin NATO-nu hədələyir

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, NATO-nun Ukraynaya silah tədarükü alyansı münaqişənin “iştirakçısı” edib.

Bunu daha öncə də demişdi ki, Qərb Kiyevi silahlarla təmin etməkl, müharibənin tərəfinə çevrilir.

Ukraynada daha bir vəzifədən azadetmə

Prezident Zelenski Eduard Moskalyovu Ukrayna Birləşmiş Qüvvələrinin komandanı vəzifəsindən azad edib. Amma bu qərarın hansı səbəbdən verildiyi açıqlanmayıb.

Moskalyov Donbas regionunun müdafiəsi ilə məşğul olan qüvvələrin komandiri olub.

O, ötən ilin martından bu vəzifədə idi.

Ana səhifəDünyaSəudiyyədən Ukraynaya 400 milyon dollarlıq yardım planı