Səudiyyə kralı xəstəxanaya götürülüb

Şahzadənin islahatları korrupsiyada ittiham edilən bir sıra üst rəsmilərin hökumətdən təmizlənməsiylə və eyni zamanda qərb müttəfiqlərinin və investorlarının narahatlığına səbəb olan Yəmən müharibəsi ilə müşayiət olunub.

Source: google.az


Onun öd kisəsinin iltihabından əziyyət çəkdiyi bildirilir

Səudiyyə Ərəbistanının 84 yaşlı lideri Kral Salman bin Abdulaziz öd kisəsinin iltihabından əziyyət çəkdiyi üçün paytaxt Riyadda xəstəxanaya yerləşdirilib, – “Reuters” dövlət SPA agenliyinə istinadən xəbər verir.

Dünyanın ən böyük neft ixracatçısının rəhbəri və 2015-ci ildən bəri ABŞ-ın yaxın müttəfiqi sayılan kral tibbi müayinədən keçir,- agentlik xəbər verib və detalları açıqlamayıb.

Kral Salman 2012-ci ildən Səudiyyət Ərəbistanına rəhbərlik edir. Ölkənin faktiki idarəçisi və taxtın sonrakı sahibi Mohammed bin Salman hesab edilir. O, krallığın iqtisadiyyatında islahat aparan və onun neftə bağlılığını azaltmağa çalışan birisi kimi tanınır.

Bir çox gənc səudiyyəli arasında məşhur olan 34 yaşlı şahzadə mühafizəkar müsəlman krallığında sosial məhdudiyyətləri yüngülləşdirən və qadınlara daha çox hüquqlar tanıyan və iqtisadiyyatın şaxələndirilməsinə yol açan birisi olaraq şöhrət qazanıb.

Şahzadənin islahatları korrupsiyada ittiham edilən bir sıra üst rəsmilərin hökumətdən təmizlənməsiylə və eyni zamanda qərb müttəfiqlərinin və investorlarının narahatlığına səbəb olan Yəmən müharibəsi ilə müşayiət olunub.

2018-ci ildə jurnalist Camal Qaşıqçının İstanbulda Səudiyyə təhlükəsizlik işçilərinin əli ilə öldürülməsi şahzadənin nüfuzuna ağır zərbə olub.

Ana səhifəDünyaSəudiyyə kralı xəstəxanaya götürülüb