Görüşdə ticari müqavilələr müzakirə olunub
Oktyabrın 5-də tarixdə ilk dəfə Səudiyyə Ərəbistan kralı Rusiyanı ziyarət edib.
BBC-nin məlumatına görə, 81 yaşlı Kral Salman ibn Əbdüləziz əl-Suud Rusiya prezidenti ilə görüşündə əsasən Rusiyanın enerji ehtiyacları haqqında danışıb.
Görüşdə ümumi dəyəri 3 milyard dollar civarında olan ticari müqavilələrinin imzalanması müzakirə olunub.
BBC Rus-un müxbiri hesab edir ki, tədbirin neft ixracısı olan ölkələrin görüş yeri olan OPEC Zirvəsindən bir az əvvəl baş tutması təsadüfi deyil. O, Rusiyanın enerji ehtiyaclarının əsas səbəbinin Krım müharibəsi nəticəsində Qərbin Rusiyaya qoyduğu sanksiyalar olduğunu bildirir.
2 liderin son görüşü 2007-ci ildə S.Ərəbistanın paytaxtı Riyad şəhərində baş tutmuşdu.