Səttar Möhbalıyev: Məcburi köçkünlər sanatoriyalardan gedəndə döşəmələrə qədər sökürlər

Deputat bildirib ki, bəzi sahələrlə bağlı yumşalmalara yenidən baxmaq lazımdır

Source: Specify Source


“Dövlət tərəfindən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK) bir manat da vəsait ayrılmır”

AHİK-in sədri Səttar Möhbalıyev parlamentin bu gün keçirilən plenar iclasında büdcə müzakirəsində belə deyib.

“AHİK-in sanatoriyalarında, istirahət mərkəzlərində bizim qaçqın və məcburi köçkün bacı-qardaşlarımız uzun illərdir yaşayırlar. Onlar gedəndə də oranı yerli-dibli söküb aparırlar. Pəncərələri, döşəmələri sökürlər. Bir dəfə Maliyyə Nazirliyinə təklif göndərdim ki, bu şəxslər uzun illərdir AHİK-in sanatoriyalarında yaşayıblar. Bəs bizə niyə vasit ayrılmır? Biz vəsait tələb edəndə deyirlər ki, qeyri-dövlət təşkilatısınız. Yaxşı, biz qeyri-dövlət təşkilatıyıq, bizə güzəştli kreditlər verilsin ki, sanatoriyaları bərpa edək. Hesab edirəm ki, bu məsələyə baxılmalıdır”.


Fəzail Ağamalı: “İnsanlar küçədə kütləvi gəzirsə, niyə iş yerləri açılmasın?”

Deputat Fəzail Ağamalı Milli Məclisin iclasındakı çıxışıında qeyri-ərzaq mağazaları ciddi karantin qaydalarının tətbiqi ilə açılmasını təklif edib:

“Hansısa əşyanı almaq üçün qeyri-ərzaq mağazalarına gedən insanların sayı marketə gedənlərdən azdır. İndiki çətin vaxtda dövlətin əlavə yüklənməsi doğru deyil. Bu bəladan daha az iqtisadi və maliyyə itkisi ilə çıxmalıyıq. SMS-icazə qaydasının ləğv edilməsi ilə insanların küçələr axışdığını müşahidə edirik. Əgər biz insanların küçələrdə, meydanlarda kütləvi şəkildə gəzintisini görürüksə, niyə ayrı-ayrı müəssisələrdə iş bərpa olunmasın? Marketlərdə insanların sayı daha çoxdur, nəinki mebel mağazalarında. Karantin rejimi qaydalarına vətəndaşların riayət etməsini tələb etməklə, insanların işləməsinə şərait yaratmalıyıq. İnsanların evinə çörək apardığı böyük ticarət mərkəzləri, “Mall”lar, niyə bağlı qalmalıdır?”

F.Ağamalı Azərbaycanda COVID-19 testinin qiymətinin kifayət qədər baha olduğunu deyərək, bu məsələyə də ciddi şəkildə baxılaraq testin qiymətinin minimuma endirilməsi, hətta mümkün qədər pulsuz olmasını təklif edib.

1540889138_1433404970_fezail.jpg
Fəzail Ağamalı


Siyavuş Novruzov: “Müəllimlər təhsil şöbəsinə getmək üçün 70 km məsafə qət etməlidirlər”

Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bölgələr üzrə regional strukturlaşmanı tənqid edib.

O qeyd edib ki, bu gün insanlar üçün zəruri olan məsələləri həll edən qurumlar birləşdirilir:

“Biz hər şeyi insan üçün yaradırıq. Əgər insana əziyyət verəcəyiksə, bunu niyə edirik? Müəllim təhsil şöbəsinə getməlidir. Amma bunun üçün 70 km məsafə qət etməlidirlər. Bakının üç rayonunun birləşdirilməsi başa düşülür. Amma kənd rayonlarında bunu etmək absurddur. Məsələn, Qərb bölgəsində mərkəzləşdirmə ediblər. Qazaxdan Gəncəyə qədər insanlar bir qurum üçün kilometrlərlə yol qət edirlər. Hər rayonda bizim kifayət qədər məktəblərimiz var. Hər rayonun özünün təhsil şöbəsi olmalıdır. Bu gün mərkəzləşmə etməyin nə mənası var?! Özünü təmin etmək üçün rayonların strukturu olmalıdır. Bu məsələ ciddi şəkildə müzakirə olunmalıdır. Dövlət strukturunda strateji baxımdan müzakirələrə ehtiyac var. Burada hansısa nazirliyin tənqidindən söhbət getmir. Bu gün kim nə cür struktur istəyir, axşam fikirləşir gəlir tətbiq etməyə. Yaxud da turizm sahəsini götürək. Şahdağ bizim ən böyük turizm mərkəzimizdir. Bunu birləşdirib mərkəzi Xaçmaz rayonuna salınıb. Digər bölgəni isə Zərdaba salıblar. Zərdabda turizm var? Bu məsələ ilə bağlı Nazirlər Kabineti qərar qəbul etməlidir. Rayonlar birləşməlidir. Bu gün 84 rayon birləşib 64 ola bilər. Mərkəzləşmə yalnız bu halda mümkündür”.

1bb26a2a-a5b3-4a8f-abdf-42fa484e02eb.jpg
Siyavuş Novruzov


Qənirə Paşayeva: “Təhsil haqqına görə təhsilini atmaq istəyən tələbələri var”

Deputat Qənirə Paşayeva çıxışında deyib ki, sosial baxımdan həssas qrupa aid ailələrin 15 minə yaxın övladının təhsil haqlarının pandemiya dövründə dövlət tərəfindən ödənilməsi müsbət adım olsa da, bu qrupa aid edilən kateqoriyanın sərhədlərinin genişləndirilməsini təklif edib.

Onun sözlərinə görə, bununla bağlı çoxsaylı müraciətlər var:

“Hətta təhsil haqqını ödəyə bilmədiyinə görə təhsilini atmaq istəyən 3-cü, 4-cü kurs tələbələri var. Ona görə də, Təhsil Nazirliyi bu məsələyə yenidən baxaraq, çətin vəziyyət olan ailələrə xüsusi diqqət yetirməli, sosial baxımdan həssas qrupa daxil edilən tələbələrin sayı artırılmalıdır.

unnamed.jpg
Qənirə Paşayeva

Deputat bildirib ki, bəzi sahələrlə bağlı yumşalmalara yenidən baxmaq lazımdır: “Mall”ardan kənarda olan mağazaların, açıq havada olan kafe və restoranların açılmasına ehtiyac var. Bu, iş yerləri, sahibkarlığın inkişafı baxımından müsbət addım olardı. Amma bu məsələlərə baxılması, risklərin dəyərləndirilməsi də vacibdir”.

Parlamentdə müzakirələr avqustun 7-də davam edəcək və büdcə dəyişiklikləri III oxunuşda səsverməyə çıxarılacaq.

Ana səhifəSosialSəttar Möhbalıyev: Məcburi köçkünlər sanatoriyalardan gedəndə döşəmələrə qədər sökürlər