Şərurun Günnüt kəndinin Azərbaycan ordusunun nəzarətinə keçdiyi bildirilir

Kənd sakinləri əzizlərinin məzarlarını ziyarətə gedib

Source:


Kənd sakinləri əzizlərinin məzarlarını ziyarətə gedib

Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Günnüt kəndinin 26 ildən sonra Azərbaycan ordusunun nəzarəti altına keçdiyi bildirilir.

Məlumatı

APA

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətinə istinadən yayıb.

Ərazi 1992-ci ildən erməni silahlı birləşmələri tərəfindən işğal edilmişdi. Kəndin dağıdıldığı və neytral zonaya çevrildiyi haqda məlumatlar var.

Əlahiddə Ümumqoşun Ordunun məlumatında bildirilir ki, bu il may ayının son günlərində Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklər Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edilib.

“Bununla, Azərbaycan Ordusu daha əlverişli mövqelərə sahiblənib, “Xunut” dağı və “Ağbulaq” yüksəkliyi , daha sonra isə “Qızılqaya” dağı və “Mehridağ” işğaldan azad edilərək Dərələyəz mahalının Arpa kəndi (Ermənilər adını dəyişdirərək “Areni” qoyublar) nəzarət altına keçib. Ümumilikdə 11 min hektara yaxın ərazi nəzarət altına alınıb. Bunun 8 min hektardan artığı əkin üçün yararlı ərazilərdir”, – məlumatda deyilir.

Məlumatda daha sonra deyilir ki, Şərur rayonunun Günnüt kəndini nəzarətdə saxlamağa imkan verən, dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyəti İrəvan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna Azərbaycan ordusunun nəzarət etməsinə şərait yaradır. “Strateji əhəmiyyətli Arpaçay Su Dəryaçasının taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri qurulub” – məlumatda deyilir.

“Nuhçixan” İnformasiya Agentliyinin yaydığı məlumata görə, Günnüt sakinləri 26 ildən sonra – iyunun 7-də kəndlərinə qayıdaraq əzizlərinin məzarını ziyarət ediblər.

Məsələyə münasibət bildirən hərbi ekspert Cəsur Cümərinli hesab edir ki, belə hadisələr hər iki tərəfdən olur, hansısa ciddi strateji üstünlük vermir.

Ermənistan mətbuatı ərazidə hər hansı itki barədə məlumat yaymayıb.

Ana səhifəXəbərlərŞərurun Günnüt kəndinin Azərbaycan ordusunun nəzarətinə keçdiyi bildirilir