Şərti azadlığa buraxılan Ruslan Nəsirli polisə çağırılıb

Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə fevralın 27-də 3 il müddətinə şərti cəzaya məhkum edilən Ruslan Nəsirli DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə çağırılıb.

Source: meydan tv

''Bu hədə və təzyiqdir''

Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə fevralın 27-də 3 il müddətinə şərti cəzaya məhkum edilən Ruslan Nəsirli DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə çağırılıb.

Bu barədə Ruslan Nəsirli Meydan TV-yə danışıb.

O, bu çağırışı hədə və təzyiq hesab edir:

“Mənə zəng edib, israrla görüşmək istəyirlər. Şüurlu həyatım boyu heç bir qanunsuz addım atmamışam. Bütün ictimaiyətə müraciət edərək deyirəm ki, bu məsələni diqqətə alın!”

Ruslan Nəsirli bildiriş təqdim edilməyənə qədər Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə getməyəcəyini deyib.


Fevralın 27-də

Saleh Rüstəmli 7 il 3 ay, Aqil Məhərrəmli 4 il, Babək Həsənov 3 il azadlıqdan məhrum edilib.

S.Rüstəmlinin qardaşı oğlu Vidadı Rüstəmli və Ruslan Nəsirli hər biri 6,8 il olmaqla, Cinayət Məcəlləsinin 70-ci maddəsi (şərti məhkumetmə) tətbiq edilməklə 3 il sınaq müddəti şərtilə azadlığa buraxılıblar.

İddialarda söhbət toplam 412 min dollardan (700 min manat) gedir. Onların Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və sair maddələrilə təqsirli bilinirlər.

Lakin S.Rüstəmov da, cəbhəçilər də ittihamı rədd edir. AXCP üzvləri də həbs olunduqdan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldıqlarını bildirib, bununla əlaqədar prokurorluğa, məhkəməyə şikayətlər göndəriblər. Yerli məhkəmələr şikayətləri təmin etmədiyindən onlar Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediblər.

Ana səhifəXəbərlərŞərti azadlığa buraxılan Ruslan Nəsirli polisə çağırılıb