Mənbə: Meydan TV

"Sərt karantin günlərində küçə heyvanları ac qalıb"

"Sərt karantin günlərində küçə heyvanları ac qalıb"

“Karantin dövründə heç bir restoran işləmir. Onlara yemək verən də yoxdur”.

Artıq ikinci həftədir ki, iri şəhərlərdə yaşayanlara istirahət və bayram günlərində yaşadıqları yeri tərk etmək qadağan olunub. Heyvan haqları aktivistləri karantin günlərində küçə heyvanlarını yemləmək üçün icazə istəyib. Dövlət qurumları razılıq verməyib.

“Hələ “sms” sistemi dövründə Nazirlər Kabinetinə, Daxili İşlər Nazirliyinə və İcra Hakimiyyətinə məktub yazdım. Bildirdim ki, bu 2 saat bizə bəs etməyəcək. Biz yaralı heyvanları küçələrdən xilas etməliyik, onları yemləməliyik. Lakin məktubuma cavab da vermədilər”,- heyvan haqları aktivisti Nicat İsmalıov deyir.

“Məsələn, başqa ölkələrdə heyvanlara görə karantindən əvvəl könüllü qruplar yaradıldı. Bizdə bu olmadığına görə, küçədə qabağımıza çıxan hər polisə izah etməli olurduq vəziyyəti. Başa düşən düşürdü, düşməyən də cəriməsini yazırdı”,- heyvan haqları aktivisti Aynur Babayeva danışır.

Heyvansevərlər ötən həftə sonu sahibsiz itlərin məskunlaşdığı zavod ərazisində qalıblar. Bu həftə isə ərazi sahibi orada gecələməyə icazə verməyib. Onlar son çarə kimi şənbə günü axşam heyvanların toplaşdığı sahələrə qida töküblər:

“Hərçənd mən çox istərdim ki, burada, onlarla olum. Görüm ki, hansı yeyə bildi, hansı ac qaldı...”

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/k2bixm

Ən çox baxılan