Sərnişin avtobusu minik avtomobili ilə toqquşub, polis əməkdaşı ölüb

Kamran Abbasov mühafizə polisində çalışırmış

Source:


Kamran Abbasov mühafizə polisində çalışırmış

Bakıda sərnişin avtobusu qəza törədib.

APA-nın məlumatına görə, hadisə bu gün səhər saatlarında “Ay işığı” restoranının qarşısında qeydə alınıb.

SOCAR-a məxsus avtobus “Mercedes” markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində bir nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.

Nizami rayon Polis İdarəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, qəza nəticəsində ölən şəxs “Mercedes”in sürücüsü, polis serjantı Abbasov Kamran Abbas oğludur. K. Abbasov mühafizə polisində çalışırmış.

Hazırda faktla bağlı araşdırma aparılır.

Ana səhifəXəbərlərSərnişin avtobusu minik avtomobili ilə toqquşub, polis əməkdaşı ölüb