Sərnişin avtobusu iki məktəblini vurdu, onlardan biri öldü

Ölən məktəblinin 14 yaşında oğlan olduğu bildirilir

Source:
Hadisə yerindən foto
Hadisə yerindən foto


Ölən məktəblinin 14 yaşında oğlan olduğu bildirilir

Bakıda məktəblinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Maştağa qəsəbəsində 72 saylı marşrut avtobusu idarəetmədən çıxaraq, yol kənarında dayanan iki məktəblini vurub.

Şahidlərin APA-ya verdiyi məlumata görə, nəticədə onlardan biri hadisə yerində ölüb, digəri isə yüngül xəsarət alıb. Ölən məktəblinin 14 yaşında oğlan olduğu bildirilir.

Sabunçu rayon Polis İdarəsindən APA-ya faktı təsdiqləyiblər.

İdarədən bildirilib ki, hazırda ölən şəxsin kimliyi müəyyənləşdirilir.

Ana səhifəXəbərlərSərnişin avtobusu iki məktəblini vurdu, onlardan biri öldü