Sərnişin avtobusdan yıxılıb öldü

81 saylı avtobus ard-arda qəza törətdi

Source:
Arxiv foto
Arxiv foto


81 saylı avtobus ard-arda qəza törətdi

Mayın 26-da Bakı şəhər sakini Cümşüd Haqverdiyiv hərəkətdə olan avtobusun açıq qapısından yıxılıb. Xəstəxanaya yerləşdirilən C.Haqverdiyev mayın 28-də orada ölüb.

Bu barədə “Trend” Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb. Hadisə paytaxtın Nizami rayonu, R.Rüstəmov küçəsində baş verib. Bakı şəhər sakini Cavanşir Məmmədovun idarə etdiyi “Daevoo” markalı 81 saylı xətt avtobusunun qapısı açıq olduğundan sərnişin yıxılıb.

Mayın 25-də isə Naxçıvanski küçəsi, 26 saylı şəhər poliklinikasının yaxınlığında 81 saylı sərnişin avtobusu piyadanı vurub. Hadisə nəticəsində piyada yerindəcə dünyasını dəyişib. Hadisə nəticəsində ölən şəxsin “bomj” olduğu bildirilir.

Ana səhifəXəbərlərSərnişin avtobusdan yıxılıb öldü