”Serj Sarkisyan itirdiyi yüksəklikləri geri qaytarmaq haqqında düşünür”

Elxan Şahinoğlu: ”İşğalçının təxribatlarına yeni ərazilərin ələ keçirilməsi ilə cavab vermək imkanı qazanırıq”
Nicat Məlikov: ”Bakı özünü İrəvandan daha inamlı aparır”

Source:


Elxan Şahinoğlu: ”İşğalçının təxribatlarına yeni ərazilərin ələ keçirilməsi ilə cavab vermək imkanı qazanırıq”


Nicat Məlikov: ”Bakı özünü İrəvandan daha inamlı aparır”

Aprelin 25-dən 26-na keçən gecə cəbhənin Tərtər istiqmaətində atəşkəs yenidən pozulub. Ermənistan ordusunun rayonu atəşə tutması nəticəsində 20-yə yaxın evə ziyan dəyib.

Siyasi şərhçi Elxan Şahinoğlu atəşkəsin yenidən pozulmasının məsuliyyətini Ermənistanın daşıdığını və bunu iki səbəblə əlaqələndirir.

“Vəziyyətin yenidən gərginləşməsinin iki səbəbi var. Birinci səbəbi odur ki, 2-6 aprel döyüşlərindən sonra beynəlxalq aləm danışıqları intensivləşdirməyib, rusiyalı rəsmilər isə şablon ifadə və səfərlərdən uzağa getməyiblər. Belə olan halda kimsə cəbhə bölgəsində sakitlik gözləməsin. İkinci səbəb isə odur ki, Ermənistan prezidenti Serj Sarkisyan itirdiyi yüksəklikləri geri qaytarmaq haqqında düşünür, çünki o hələ cəmiyyətinin “Ermənistan həmin yüksəklikləri niyə itirdi” sualına cavab verməyib, ona görə də bu sual aktuallaşmamış nəsə cəbhədə uğur qazanmaq haqqında alışıb-yanır. Əslində hər iki səbəb bizim xeyrimizə işləyir. İşğalçının təxribatlarına yeni ərazilərin ələ keçirilməsi ilə cavab vermək imkanı qazanırıq”.

Elxan Şahinoğlu

E.Şahiboğlu öz Facebook səhifəsində belə yazıb.

Siyasi şərhçi Nicat Məlikov isə Meydan TV-yə Ermənistan prezidenti Serj Sarkisyanın Blomberq agentliyinə 25 aprel açıqlamasını xatırladaraq dedi ki, Azərbaycan mediasında müsahibə ziddiyyətli və anlaşılmaz şəkildə təqdim olunub: “Hətta söhbət ondan gedirdi ki, guya, Ermənistan 7 rayonu qaytarmağa hazırdı, yaxud Sarkisyan danışıqlarda iştirak etmək istəmədiyini və ona danışıqlar masasına oturmaq üçün təminatlar lazım olduğunu deyib. Bütün bunların fonunda atəşkəsin pozulması Bakının yenidən irəliləməyə hazır olduğunu ehtimal edir. Ermənistan cəmiyyətində isə çaşqınlıq sezilir, ümumiyyətlə, regionda çaşqınlıq var. Amma Bakı özünü İrəvandan daha inamlı aparır”.

Nicat Məlikov
Nicat Məlikov

Nicat Məlikov hadisələrə isti-isti reaksiya verməyin də çətin olduğunu deyib: “Birinci, emosiyalar güc gəlir, ikinci də proqnozlaşdırmaq çətin olur, yalnız çoxlu mülahizələr irəli sürmək olar. Bu baxımdan mülahizələr çox olacaq”.

Ana səhifəXəbərlər”Serj Sarkisyan itirdiyi yüksəklikləri geri qaytarmaq haqqında düşünür”