“Ssenarı prezident İlham Əliyev tərəfindən yazılıb və bu tragikomediya Azərbaycan məhkəmələrində oynanılır”
“Sərhədsiz reportyorlar” tanınmış jurnalist Xədicə İsmayılın 7,5 il azadlıqdan məhrum edilməsi barədə hökmü qüvvədə saxlayan Bakı Apellyasiya Məhkəməsinin qərarını “rüsvayçı” adlandrıb və beynəlxalq birliyi onun azadlığa buraxılmasına nail olmağa çağırıb.
Təşkilatın bununla bağlı bəyanatında deyilir ki, X.İsmayıl bundan sonra qadın koloniyasına köçürüləcək və onun işinə Ali Məhkəmədə baxılacaq.
“Ssenarı prezident İlham Əliyev tərəfindən yazılıb və bu tragikomediya Azərbaycan məhkəmələrində oynanılır”, – bəyanatda vurğulanır.
“Bu, əvvəldən siyasi məsələdir. Biz Azərbaycanın beynəlxalq tərəfdaşlarını Xədicə İsmayılın azadlığa buraxılmasını ən yüksək səviyyədə tələb etməyə çağırırıq. Azərbaycanda hamı bilir ki, o, jurnalist və hüquq-müdafiə fəaliyyətinə görə həbs edilib”, – sənəddə qeyd olunur
(Turan İA)
.