“Sərhədsiz reportyorlar” Rauf Mirqədirovun həbsini pislədi

Təşkilat Azərbaycanda söz və mətbuat azadlığının durumunun ildən-ilə pisləşdiyini hesab edir

Source:


Təşkilat Azərbaycanda söz və mətbuat azadlığının durumunun ildən-ilə pisləşdiyini hesab edir

“Turan” İnformasiya Agentliyinin yaydığı məlumata görə, təşkilatın MDB və Şərqi Avropa şöbəsinin rəhbəri Yohan Bir Rauf Mirqədirovu həbsinə münasibət bildirib. O deyib ki, jurnalistin ölkədən qanunsuz çıxarmaqla Türkiyə hakimiyyəti bu jurnalistin Azərbaycanda təqib olunmasına şərait yaratdığını, bu işə bağlı olduğunu göstərdi. O, jurnalistə qarşı ittihamları tamamilə absurd hesab edib: “Jurnalist əldə edilməsi mümkün olmayan sənədləri necə ötürə bilərdi?”

Yohan Bir deyib ki, Türkiyə hakimiyyəti də kobud və qanunsuz hərəkət edib. Öncə bildirilib ki, R.Mirqədirov akkreditədən məhrum edilib (9 aprel), sonra jurnalist ölkədən çıxarkən gözlənilmədən həbs olunub. Ona vəkil verilməyib və ailəsi ilə danışmaq imkanı yaradılmayıb: “Sonra Ankara-Bakı təyyarəsi ilə deportasiya edilib. Təyyarədən endikdən dərhal sonra həbs olunub, aprelin 21-də isə CM-in 274-cü maddəsi ilə ittiham irəli sürülüb və 3 ay müddətinə həbs olunub”.

“Sərhədsiz reportyorlar” R.Mirəqdirovun xidmətlərini, onun jurnalistikada keçdiyi yolu, “Fəxri jurnalist” adına layiq görüldüyünü, “Gerd Buserius” Fondunun beynəlxalq mükafatının sahibi olduğunu qeyd edir. Jurnalistin Qarabağ münaqişəsinin işıqlandırılmasına dair layihələrdə iştirakına gəlincə, bu, bir məqsədə yönəlib: dinc nizamlanma üçün tərəflərin dialoquna yardım etmək.

Ermənistandan olan Laura Bağdasaryanın R.Mirqədirovla Ermənistanın xüsusi xidmət orqanları arasında vasitəçi olması barədə ittihamlar artıq həbsdən ehtiyatlanan vətəndaş cəmiyyəti nümayəndələri arasında qorxu yaradır.

“Sərhədsiz reportyorlar” qeyd edir ki, R.Mirqədirov baş nazir Ərdoğan Bakıdan getdikdən 2-3 gün sonra həbs olunub.

Bəyanatın sonunda deyilir ki, Azərbaycanda söz və mətbuat azadlığının vəziyyəti ildən-ilə pisləşir. Tanınmış jurnalistlərin və blogerlərin bir çoxu həbsdədir və hakimiyyət tərəfindən təqib olunur. Müstəqil KİV isə yaşamaq uğrunda mübarizə aparır.

Ana səhifəXəbərlər“Sərhədsiz reportyorlar” Rauf Mirqədirovun həbsini pislədi