“18 aylıq həbs müddətində onun səhhəti pisləşib”
Azərbaycan məhkəməsi, nəhayət, müstəqil jurnalist Rauf Mirqədirovun azad edilməsi barədə qərar çıxarmalıdır. O 2014-cü ilin aprelində dövlətə xəyanət kimi uydurma ittiham ilə həbs olunub.
Dekabrın 16-da prokuror onun 7 il azadlıqdan məhrum edilməsini istəyib.
“Xədicə İsmayılova, Hilal Məmmədov və bir çoxlarının məhkəməsində olduğu kimi, R.Mirqədirovun məhkəməsinin də ədalət mühakiməsinə aidiyyatı yoxdur”, – “Sərhədsiz reportyorlar”ın bəyanatında belə deyilir.
“Biz hakimiyyəti bu təqiblərə son qoymağa və Rauf Mirqədirovu azad etməyə çağırırıq. Belə ki, 18 aylıq həbs müddətində onun səhhəti pisləşib”, – sənəddə qeyd olunur.
Turan İA