Tədbirdə insan haqları, azad media, siyasi məhbusların azadlığı və müxtəlif şüarlar səsləndirilib
Hazırda Sərhədsiz Reportyorlar Təşkilatı və Azərbaycan diasporuna dəstək cəmiyyəti prezident İlham Əliyevin Berlində Almaniya kansleri Merkellə görüşü zamanı aksiya keçirir. Aksiya Merkelin iqamətgahı qarşısında baş tutub.
Meydan Tv-nin aksiyanı izləyən əməkdaşı məlumat verir ki, tədbirdə insan haqları, azad media, siyasi məhbusların azadlığı və müxtəlif şüarlar səsləndirilib.
Berlində yaşayan mühacir Həbib Müntəzir öz Facebook statusunda yazıb ki, İlham Əliyev Berlinə gəlib. Onu həm diasporaçılar dəstək aksiyası ilə, həm də Sərhədsiz Reportyorlar etiraz aksiyası ilə qarşıladılar: “Etiraz aksiyasında Ermənilərdən biri qondarma Dağlıq Qarabağın bayrağını açdı. Getdim təşkilatçılara dedim, aşağı saldılar. Aztv’nin nümayəndəsi isə gəlib əllə işarə edirdi ki, açın-açın, çəkək”.