Sərhəddə atəşkəs pozulub, ölən və yaralanan yoxdur

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Foto: Müdafiə Nazirliyi


Azərbaycan ordusunun mövqelərinin atəşə tutulduğu bildirilir

Azərbaycan-Ermənistan sərhədində atəşkəsin pozulduğu bildirilir. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, iyunun 24-də saat 14.30-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonunun Ayqedzor kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu Muncuqlu kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Hazırda bu istiqamətdə vəziyyət sabit olduğu bildirilir.

Ermənistan tərəf hadisə ilə bağlı məlunat yaymayıb.

Ana səhifəSiyasətSərhəddə atəşkəs pozulub, ölən və yaralanan yoxdur