Sərhəddə 5 kilometrlik tıxac yaranıb

Rusiya istiqamətindəki Gürcüstan hərbi yolu hələ 10 günə yaxın bağlı olacaq

Source:


Rusiya istiqamətindəki Gürcüstan hərbi yolu hələ 10 günə yaxın bağlı olacaq

Dörd gündür ki, Azərbaycanın Gürcüstanla sərhədində çox sayda avtomobil yığılıb, avqustun 25-nə olan məlumata görə, avtomobil tıxacının uzunluğu 5 kilometrə çatır. Bəzi maşınlar iki gündür ki, növbədədir.

Gürcüstanın sərhəd xidmətinin əməkdaşları bildiriblər ki, problemi Azərbaycan tərəfdə axtarmaq lazımdır. Lakin Azərbaycanın Sərhəd və Gömrük Xidməti hazırda şərh verməkdən yayınır.

Gürcüstan KİV-ləri bildirirlər ki, ötən həftə sürüşmə ilə əlaqədar Gürcüstan Hərbi yolu bağlandıqdan sonra bir çox sürücülər Gürcüstandan Rusiyaya Azərbaycan vasitəsilə (Tbilisi-Rustavi-Gəncə-Bakı-Mahaçqala-Qroznı-Vladikavkaz) getməyə çalışırlar ki, bu da buraxılış məntəqələrində yükü kəskin şəkildə artırıb.

Mütəxəssislərin sözlərinə görə, Rusiya istiqamətindəki Gürcüstan hərbi yolu hələ 10 günə yaxın bağlı olacaq.

Eyni zamanda, Azərbaycan-Gürcüstan sərhədində “Avro-4” ekoloji standartlarına cavab verməyən avtomobillərin Azərbaycana girişinə məhdudiyyətlər qoyulub.

Maşın standartlara cavab vermirsə, onun sahibi sərhədi keçməzdən əvvəl müəyyən məbləğdə depozit qoymalı və ya Azərbaycan vətəndaşından ona qonaq getdiyi və tezliklə ölkəni tərk edəcəyi haqqında zəmanəti olmalıdır. («Turan» İA)

Ana səhifəXəbərlərSərhəddə 5 kilometrlik tıxac yaranıb