Sərhəd Xidməti artıq avtomobilləri yoxlaya biləcək

Dövlət Sərhəd Xidmətinə vəzifə və hüquqları artırılıb.

Source:
Sərhəd Xidməti
Sərhəd Xidməti



Dövlət Sərhəd Xidmətinə vəzifə və hüquqları artırılıb.

Prezidentin rəsmi saytının yaydığı məlumata görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” fərmanında əksini tapıb.

Dövlət Sərhəd Xidmətinə həvalə edilən yeni vəzifəyə əsasən Xidmət narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi texnikanın, odlu silah və döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların Azərbaycan dövlət sərhədinin buraxılış məntəqələrindən qanunsuz keçirilməsinin qarşısını almaq üçün tədbirlər görəcək.

Dövlət Sərhəd Xidmətinə verilən yeni hüququ gəlincə, qurum bundan sonra şəxslərin Azərbaycanın dövlət sərhədindən qanunsuz keçməsinin, habelə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi texnikanın, odlu silah və döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısını almaq məqsədilə Azərbaycan dövlət sərhədinin buraxılış məntəqələrində ölkəyə gələn və ölkədən gedən nəqliyyat vasitələrinə baxış keçirilməsini təmin edəcək.

Ana səhifəXəbərlərSərhəd Xidməti artıq avtomobilləri yoxlaya biləcək