Dövlət Sərhəd Xidmətinin Naxçıvandakı “N” saylı hərbi hissəsində xidmət edən əsgər Tural Nizami oğlu Nuriyev şəhid olub.
Bu barədə Modern.az saytına şəhid əsgərin qohumları məlumat veriblər. Bildiriblər ki, Tural Nuriyev əsgəri borcunu yerinə yetirərkən Ermənistan ordusunun əsgərlərinin açdığı atəş nəticəsində şəhid olub.
Hadisə iyulun 31-sə baş averib. Şəhidin dəfni isə dünən gerçəkləşib. Doğulduğu Cəlilabad rayonunda torpağa tapşırılan şəhidin dəfn mərasimində Dövlət Sərhəd Xidmətinin yüksək rütbəli zabitləri, Cəlilabad rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyəti iştirak ediblər.
Tural Nuriyev Dövlət Sərhəd Xidmətinin Naxçıvandakı “N” saylı hərbi hissəsində 7 ay idi ki, xidmət edirdi.