Sərhəd kəndində yaşayan ailənin səksəkəli həyatı

Evlərinin divarlarında çatlar yaranan ailə artıq 8 ildir ki, səksəkə içərisində yaşayır.

Qazax Rayon İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə müraciət etsələr də, onlara gələn cavab illərdir ki, eyni olur: “Özümüz həll edəcəyik”.

Evin gəlini Rasimə Abdullayeva oğlunu evləndirmək istəsə də, buna maddi imkanı çatmır. Oğlu gözdən əlil olduğundan işləyə bilmir.

Qayınata Vidadi Aslanov isə aldığı 200 manatlıq pensiya ilə gəlinini və 2 nəvəsini dolandırır.

Ailənin bircə istəyi var: o da evlərinin tez zamanda təmir olunmasıdır.

Qazax Rayon Cəfərli Kənd İcra nüməyəndəsinin müavini Nizami Allahverdiyev deyir ki, şikayətlə tanışdılar, sadəcə işin icrası üçün Fövqəladə Hallar Nazirliyinin rəyini gözləyirlər.

Cəfərli kəndi Qazax rayonunun Ermənistanla sərhəddində yerləşir. Kənd sakinləri isə bütün çətinliklərə baxmayaraq, buranı tərk etmək istəmirlər.

Ana səhifəVideoSərhəd kəndində yaşayan ailənin səksəkəli həyatı