Sergey Şoyqu: Suriya böhranı Mərkəzi Asiya və Cənubi Qafqazda təkrarlana bilər

İlqar Vəlizadə: ”Rusiya hərbi gücünün nümayişinə bəhanə kimi bu cür bəyanatlar verir”

Source:
Sergey Şoyqu
Sergey Şoyqu


İlqar Vəlizadə: ”Rusiya hərbi gücünün nümayişinə bəhanə kimi bu cür bəyanatlar verir”

“Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrində yeni hərbi münaqişələrin yaranması ehtimalı mövcuddur”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.

“Dünyada hazırkı vəziyyətin inkişafının analizi göstərir ki, yaxın perspektivdə yeni hərbi münaqişələrin yaranması ehtimalı var. Suriyadakı böhranlı vəziyyət hər hansı bir ölkədə, o cümlədən Mərkəzi Asiya və Qafqazın postsovet dövlətlərində təkrarlana bilər. Bu şərtlərdə Rusiya potensial təhdidlərə qarşı adekvat reaksiya verməyə məcbur olacaq”, – deyə Rusiyanın müdafiə naziri qeyd edib.

İlqar Vəlizadə
İlqar Vəlizadə

Siyasi şərhçi İlqar Vəlizadə düşünür ki, Rusiya hərbi gücünün nümayişinə bəhanə kimi bu cür bəyanatlar verir. Hazırda Moskva Baltik dənizində hərbi potensialını gücləndirir və belə bir proqramı var. Bunu əsaslandırmaq üçün müdafiə naziri vasitəsilə Kreml bu bəyanatı verməyə məcbur olur: “Ancaq hər hansı ölkə, yaxud hərbi-siyasi blokun Rusiyayla müharibə aparmaq planının olduğunu hesab etmirəm. Bəli, NATO ilə Rusiya arasında hərbi-siyasi rəqabət var və Moskva bunu özü üçün təzyiq kimi qəbul edir. Elə həmin bəyanat da onu əsaslandırmaq üçün verilib”.

Ana səhifəXəbərlərSergey Şoyqu: Suriya böhranı Mərkəzi Asiya və Cənubi Qafqazda təkrarlana bilər