Sergey Lavrov: Rusiya nizamlanmanın zəmanətçisi olmağa hazırdır

Zərdüşt Əlizadə: ”Kreml Serj Sarkisyana və İlham Əliyevə hədələyici tərzdə tapşırıb ki, heç bir razılığa gəlməsinlər”

Source:


Zərdüşt Əlizadə: ”Kreml Serj Sarkisyana və İlham Əliyevə hədələyici tərzdə tapşırıb ki, heç bir razılığa gəlməsinlər”

Rusiya xarici işlər naziri Sergey Lavrov

“Bakinskiy raboçiy”

qəzetində iki ölkə arasında diplomatik münasibətlərin 25 illiyinə həsr olunan məqaləsində Ermənistan-Azərbaycan münaqişəsinə toxunub.

S.Lavrov ölkəsinin Dağlıq Qarabağ probleminə böyük diqqət ayırığını bildirib.

Baş diplomat Rusiyanın regiona sülhün və sakitliyin qayıtmasında, insanların ölməməsində, sərhədlərin açılmasında, iqtisadi mübadilənin bərpa olunmasında maraqlı olduğunu və bunun üçün mümkün olanı etdiklərini qeyd edib.

“Vasitəçilik missiyasını tək, eləcə də ATƏT-in Minsk Qrupunun digər həmsədr ölkələri olan ABŞ və Fransa ilə birgə həyata keçiririk. Vasitəçilərin sayəsində tərəflər bir çox mübahisəli məqamlarla bağlı mövqelərini yaxınlaşdırmağa nail olublar. Əsasən münaqişənin nizamlanmasının baza prinsipləri razılaşdırılıb. Lakin Azərbaycan və Ermənistan bunun həyata keçirilməsi ardıcıllığını fərqli görürlər. Bununla əlaqədar bizim vəzifəmiz tərəflərə balanslı həlli tapmağa kömək etməkdən ibarətdir”,-deyə xarici işlər naziri bildirib.

O, ümid edir ki, Bakı və Yerevan qarşılıqlı güzəştə hazır olmaları barədə siyasi iradə göstərə biləcək:

“Bu, danışıqlar prosesinin nəticəli olması üçün vacibdir. Əlbəttə ki, irəliyə getməyin əsas şərti münaqişə zonasında gərginliyin azaldılması, münaqişəsinin silahlı yolla həllindən imtina etməkdir. Rusiya da öz növbəsində bütün cəlb olunmuş tərəfləri qane edən problemin həlli variantını dəstəkləməyə, razılıq əldə olunacağı təqdirdə, digər vasitəçilərlə birlikdə nizamlanmanın zəmanətçisi olmağa hazırdır”.

Nazir onu da yazıb ki, vasitəçilərin dəstəyi ilə tərəflər bir çox mübahisəli məqamlar üzrə mövqelərini yaxınlaşdıra bilib. Nizamlanmanın əsas prinsipləri razılaşdırılıb. Lakin Azərbaycan və Ermənistan prinsiplərin həyata keçirilmə ardıcıllığını fərqli formada görür. Bu mənada vəzifəmiz tərəflərə artıq bu mövzuda işlənmiş həll yolları üzrə balanslaşdırılmış nizamlanma üsulu tapmağa yardım etməkdi.

Rusiya xarici işlər naziri Sergey Lavrovun söylədiklərini Meydan TV-yə şərh edən politoloq Zərdüşt Əlizadə “diplomatlara dil əsl niyyətlərini gizlətmək üçün verilib” məşhur deyimini xatırladıb. Onun sözlərinə görə, baş diplomat Kremlin əsas niyyətini siyasi iradə, qarşılıqlı güzəşt və başqa sözlərlə pərdələyir:

“Rusiyanın bir məqsədi var-Dağlıq Qarabağ münaqişəsini öz nəzarətində saxlamaq. Çünki bu münaqişə vasitəsilə bütün Cənubi Qafqazı nəzarətdə saxlayır”.

O, hesab edir ki, Moskva Qarabağın nə Ermənistana verilməsini dəstəkləyir, nə də Azərbaycana qaytarılmasını:

Zərdüşt Əlizadə foto sosial şəbəkə

“Dağlıq Qarabağda öz casusu Saakyanı otuzdurub və onun vasitəsilə hər iki respublikanı nəzarətində saxlayır. Bu mənada Kreml Serj Sarkisyana və İlham Əliyevə hədələyici tərzdə tapşırıb ki, heç bir razılığa gəlməsinlər. Hər iki prezident də bu hədənin arxasında nəyin dayandığını gözəl bildiklərindən, onlara deyilənləri yerinə yetirir. Ona görə Serj Sarkisyan da, İlham Əliyev də öz xalqlarına nağıl danışırlar. Birincisi, erməni xalqının qəhrəmanlığından danışır, ikinci də Qarabağı tezliklə qaytaracağından. Ortada isə bir ovuc erməni-azərbaycanlı ziyalısı Rusiyanın aldatdığını çəkinmədən deyir. Təəssüf ki, onları dinləmir və vətən xaini hesab edirlər. Halbuki, münaqişənin həlli demokratiya və insan haqlarının müdafiəsindən keçir. Əgər hər iki respublikada normal cəmiyyət qurulsa, Aland modeli əsasında münaqişəni həll edib regionu Rusiyanın cəngindən xilas etmək olar”.

Politoloq, deputat Rasim Musabəyov isə nazirin fikirlərini şərh edərkən belə deyib: “Lavrov demək istəyir ki, Kreml nəyi məsləhət bilsə, yaxşı olar. Ancaq Rusiyanın məsləhət bildiyi nədir, bax, onu bilmirəm”.

Ana səhifəXəbərlərSergey Lavrov: Rusiya nizamlanmanın zəmanətçisi olmağa hazırdır