Sergey Lavrov: “Mövlud Çavuşoğlu başsağlığı verdi”

“Amma öz hərəkətlərini ABŞ-la razılaşdırıb-razılaşdırmadıqları ilə bağlı suala cavab verə bilmədi”

Source:


“Amma öz hərəkətlərini ABŞ-la razılaşdırıb-razılaşdırmadıqları ilə bağlı suala cavab verə bilmədi”

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi brifinqdə bildirib. O, telefon danışığının Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutduğunu söyləyib: “Türkiyənin dünən təyin olunan xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığımız oldu. O, baş verən hadisə – “Su-24” təyyarəsinin vurulması ilə bağlı insidentlə əlaqədar bizə başsağlığı verdi”.

S. Lavrov M. Çavuşoğlunun Rusiya təyyarəsinin Türkiyə sərhədini pozduğunu söylədiyini də əlavə edib: “Türkiyəli nazir öz hərbi hava qüvvələrinin fəaliyyətinə haqq qazandırmağa çalışdı. O, öz hərəkətlərini ABŞ-la razılaşdırıb-razılaşdırmadıqları ilə bağlı suala cavab verə bilmədi. İnsident planlaşdırılmış təxribata oxşayır”.

S. Lavrov iddia edib ki, “Su24” Suriyada “İŞİD”in neft yataqlarına zərbə endirdikdən sonra vurulub. O, Türkiyə ilə müharibəyə hazırlaşmadıqlarını da əlavə edib. Nazir Türkiyə ilə münasibətlərə ciddi şəkildə yenidən baxacaqlarını vurğulayıb: “Terrorçular Türkiyə ərazisindən Suriyada və digər ölkələrdə terror aktlarının hazırlğı üçün istifadə edirlər. Bu fakt heç kəs üçün sirr olaraq qalmamalıdır”.

Türkiyəyə səfərindən imtina etməsi barədə danışan Rusiya XİN başçısı qeyd edib ki, Mövlud Çavuşoğlu bu addımın qaçılmaz olduğunu anlayır: “Bununla yanaşı, Türkiyə Rusiya ilə dialoqun mümkünlüyünə ümid edir. Telefon danışığı zamanı Mövlud Çavuşoğlu Rusiya ilə beynəlxalq tədbirlərdə ikitərəfli dialoqa ümid etdiyini söylədi”.

XİN başçısı onu da deyib ki, Moskva Türkiyə istehsalçıları və ixracatçıları üçün süni problemlər yaratmaq istəmir: “Çünki onlar Türkiyənin bu addımına görə heç bir məsuliyyət daşımırlar. Türkiyə tərəfi ilə qarşılıqlı fəaliyyətdə olan öz vətəndaşlarımız və şirkətlərimiz üçün lazımsız problem yaratmaq istəmirik”.

Rusiya-Türkiyə münasibətlərinin gələcəyinə toxunan S. Lavrov bildirib ki, Moskva Ankara ilə əlaqədən qaçmır: “Lakin Rusiya tərəfinin hələ ki Türkiyəyə səfər etmək və türkiyəli həmkarları Rusiyada qəbul etmək planı yoxdur”.

Ana səhifəXəbərlərSergey Lavrov: “Mövlud Çavuşoğlu başsağlığı verdi”