Sergey Lavrov Bakıda hansı məsələləri müzakirə edəcək?

İlqar Vəlizadə: “Biz fərziyyələr səsləndirə bilərik, bunlar isə üzdə olan informasiyalar əsaslanır”

Zərdüşt Əlizadə: “Problem ondadır ki, görüşün gündəliyindən xəbərimiz yoxdur”

Source:


İlqar Vəlizadə: “Biz fərziyyələr səsləndirə bilərik, bunlar isə üzdə olan informasiyalar əsaslanır”


Zərdüşt Əlizadə: “Problem ondadır ki, görüşün gündəliyindən xəbərimiz yoxdur”

Sentyabrın 1-də Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Bakıya gəlir. Rusiya xarici siyasət idarəsinin rəhbərinin Azərbaycan səfəri ərəfəsində müxtəlif yanaşmalar gündəmə gəlib. S.Lavrovun Bakıda Dağlıq Qarabağ problemi ətrafında yaranmış durğunluq və Azərbaycanda yeni radiolakasiya qurğusunun inşasını gündəmə gətirəcəyi ehtimal olunur. Nəzərə alın ki, Azərbaycan müdafiə naziri Zakir Həsənov bir müddət öncə Moskvada rusiyalı həmkarı ilə görüşmüşdü. Ancaq bu barədə əhatəli informasiya yayılmadı.

S.Lavrovun Bakı səfərini Meydan TV-yə şərh edən siyasi şərhçi  İlqar Vəlizadə son hadisələri əsas gətirərək ehtimal edir ki, hər iki ölkənin nazirləri daha çox Dağlıq Qarabağ probleminin tənzimlənməsi və qeyri-rəsmi kanallar vasitəsilə Rusiyanın Qəbələdə yeni hərbi obyektinin inşa edəcəyi barədə müzakirə edəcək: “Düşünürəm ki, hər iki məsələ bir-biriylə bağlı olduğundan Sergey Lavrovun səfəri bəzi məqamlara aydınlıq gətirəcək. Həm də Azərbaycan müdafiə naizrinin Moskva səfərini unutmayaq və adətən qısamüddətli işgüzar səfərlərdə konkret mövzular müzakirə obyekti olur. Çox güman ki, Lavrovun səfəri sadaladığım məsələləri bu və ya digər mövzuda əhatə edir”.

İ.Vəlizadə həmsədrlərin regiona səfəri zamanı təqdim etdikləri təklifləri prezidentləri qane etmədiyini dilə gətirdi: “Çünki təkliflərlə əlaqədar nə Azərbaycan XİN, həm də Prezident Administrasiyasının rəsmiləri birmənalı açıqlama vermədilər”.

Əgər Rusiyada radiolakasiya varsa və Azərbaycanda da vaxtilə bir belə qurğu olub, sonradan sökülübsə, yenisinə ehtiyac varmı sualına siyasi şərhçi cavab verdi ki, heç nəyi istisna etmək olmaz: “Söhbət ondan gedir ki, modul tipli radiolakasiyaya kiçik ərazi lazımdır, daha əvvəlki Qəbələ RLS üçün ayrılan torpaq sahəsi qədər yox. İkinci, modul tipli stansiyanı çox tez zamanda quraşdırmaq mümkündür və orda çox az insanlar xidmət edir. Nəhayət, bu cür stansiyalar tam şəkildə hərbi obyekt sayılmır. Bütün hallarda Rusiya belə bir iddia səsləndirirsə, Azərbaycan hakimiyyəti öz istəklərini ortaya qoyacaq. Güman ki, bu yöndə məsləhətləşmələr gedir və Rusiya Azərbaycanla hərbi əməkdaşlıqda maraqlıdır. Düzdür, Armavirdə oxşar stansiya var, amma texniki xarakteristikası barədə heç nə deyə bilmərəm. Əgər Azərbaycan belə bir qurğu tikilsə, onun funksiyası daha çox Hind okeanı, Orta Şərqə və Asiyaya yönələcək ki, o zaman Armavirin funksiyası bir qədər başqa olacaq”.

İ.Vəlizadə bildirdi ki, həm Azərbaycan müdafiə nazirinin Moskva, həm də Rusiya XİN-in başçısının Bakı səfərləri barədə heç bir açıqlama verilmir. Səslənən fərziyələr isə üzdə olan məlumatlara əsaslanır. Məsələ ondadır ki, Rusiya Ermənistan-Azərbaycan müharibəsinin yenidən başlanmasını istəmir, səbəb birincinin daxili siyasi və iqtisadi durumunun ağır olması ilə bağlıdır.

Siyasi şərhçi Zərdüşt Əlizadə Sergey Lavrovun Bakı səfəri haqqında konkret heç nə deyə bilməyəcəyini söylədi: “Düzdür, iki ölkə arasında müzakirə olunası xeyli məsələlər var. Problem ondadır ki, bizim görüşün gündəliyindən xəbərimiz yoxdur. İkinci, son vaxtlar hansı məsələlərin də qabarması görünmür, cəbhə bölgəsində atışmalar həmişə olub və bugün də davam edir. Avrasiya İttifaqıyla bağlı təkliflər çox yayğın olduğundan konkret nələrin müzakirə olunduğu məlum deyil. Radiolakasiya stansiyasının yendən inşası  mənasızdır, çünki stansiya bağlanıbsa, yenisinə ehtiyac yoxdur və Rusiyanın cənub bölgələrində stansiyalar tikilib. Enerji qiymətlərinə gəlincə, hər iki ölkə qiymətlərin düşməsindən əziyyət çəkirsə, bir-birinə heç cür yardım edə bilmirlər. Kəmərlərin marşrutu isə həll olunub, ona görə yenidən qayıdılacaq məsələ deyil. Ortada bir şey gözlənilmir ki, möhtəkirlik edib Azərbaycandan nəsə istəsinlər. Bu baxımdan Lavrovun səfəri adi səfərdir”

Ana səhifəXəbərlərSergey Lavrov Bakıda hansı məsələləri müzakirə edəcək?