Sərdar Babayev azadlıqdan məhrum edildi

O, xaricdə dini təhsil alıb Azərbaycanda mərasim idarə etməkdə suçlanır

Source:


O, xaricdə dini təhsil alıb Azərbaycanda mərasim idarə etməkdə suçlanır

İyulun 3-də Masallı Rayon Məhkəməsində ilahiyyatçı Sərdar Babayevin işinə baxılıb.

İclasda hökm oxunub. Bu barədə Meydan TV-yə Sərdar Babayevin vəkili Yalçın İmanov məlumat verib. Bildirib ki, hakim Anar Alməmmədov ilahiyyatçıya 3 illik həbs cəzası verib.

Yalçın İmanov bildirib ki, həbsdən 20 gün ərzində şikayət vermək hüquqları var:

“Sərdar Babayevlə məsləhətləşdikdən sonra şikayət verəcəyik”.

Bu il fevralın 22-si Masallı rayon Məhkəməsi S.Babayev barəsində 1 ay 7 gün müddətinə həbs-qətimkan tədbiri seçib. Sonradan həbs müddəti artırılıb.

Ona CM-in 168.1-ci (dini ayinlər adı altında insanların hüquqlarına qəsd etmək) maddəsi ilə ittiham verilib.

Olaya münasibət bildirən yerli rəsmilər bildiriblər ki, S.Babayev ölkədən xaricdə dini təhsil alıb. Azərbaycanın mövcud qanunları isə onun dini mərasim idarə etməsinə imkan vermir.

Müdafiə tərəfi isə bildirir ki, S.Babayev qanunvericiliyə həmin məhdudlaşdırıcı maddə əlavə edilməzdən öncə xaricdə dini təhsil alıb.

Habelə, Qafqaz Müsəlmanları İdarəsində vəzifə tutan bir çox şəxslər də xaricidə dini təhsil alıb. Üstəlik, həmin məhdudlaşdırıcı maddə bu ilin mayında yumşaldılıb. Artıq xaricidə dini təhsil alanlar da Qafqaz Müsəlmanlar İdarəsinin razılığından sonra ölkədə dini mərasimlər apara bilərlər.

Ana səhifəXəbərlərSərdar Babayev azadlıqdan məhrum edildi