Bakıda Şərabçılar Assosiasiyası yaradılır
Bu haqda Turan İnformasiya Agentliyi yazıb.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) məlumatına görə, dünən şirkət rəhbərliyinin şərab istehsalı və satışı ilə məşğul olan yerli şirkətlərin nümayəndələri ilə görüşü keçirilib.
Görüşdə Azərbaycan istehsalı olan şərabın ixracının təşviqi üçün görülən işlər, eləcə də şərab istehsalı və satışı ilə məşğul olan şirkətlərin bu sahədə təklifləri müzakirə olunub.