Sentyabrın 28-də FHN 35 nəfəri xilas edib

Hadisənin şəhərin hansı hissəsində baş verdiyi açıqlanmır

Source:
foto sosial şəbəkə
foto sosial şəbəkə


Hadisənin şəhərin hansı hissəsində baş verdiyi açıqlanmır

Sentyabrın 28-də Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri Bakıda leysan yağışları nəticəsində su basmış fərdi yaşayış evlərindən 35 nəfəri təxliyə edib. FHN-in mətbuat xidmətinin məlumatına görə, onların arasında 17 uşaq var.

“Turan” İA-nin məlumatında belə deyilir.

Hadisənin şəhərin hansı hissəsində baş verdiyi açıqlanmır. Lakin demək olar ki, bütün şəhəri su basıb. Paytaxt ətrafında kanalizasiya sisteminin pis işlədiyi yerlərdə evlərə daha çox ziyan dəyib.

Yolların çoxunu su suyub dağıdıb. Novların olmamasına görə su küçələrə və zirzəmilərə dolub.

Xilasetmə işlərinə FHN-in müvafiq qurumları və yanğınsöndürənlər cəlb olunub. Onlar yağış suları ilə dolmuş ərazilərdə suçəkmə işləri aparırlar.

Ana səhifəXəbərlərSentyabrın 28-də FHN 35 nəfəri xilas edib