Partlayış yanğınla nəticələnib
Yanvarın 2-də səhər saat 07 radələrində Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisindəki qaz xəttində yenidən partlayış baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, partlayış yanğınla nəticələnib.
Hadisədən dərhal sonra FHN-in canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub. Ərazidə təhlükəsizlik tədbirləri görülüb, Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərinə qaz vurulması dayandırılıb.
Yanğın lokallaşdırılıb, tam söndürülməsi üçün tədbirlər davam etdirilir.
Həmin qaz xəttində 5 gün əvvəl, 2016-cı il dekabrın 27-də də partlayış baş vermişdi.