Sədi Cəfərov 2-ci Qarabağ müharibəsində, Qubadlı istiqamətində yaralandığını deyir. Sədi əlavə edir ki, onun 3-cü qrup əlillik dərəcəsi təsdiqlənməyib. Sənədlərini qaydasına qoymaq üçün Bakıya gələn keçmiş müharibə iştirakçısı günlərdir küçədə gecələməli olur. Əmək qabiliyyətini itirdiyini deyən Sədi dövlət qurumlarından kömək gözləyir.