Şənbə günü Azərbaycanda 2315 adam koronavirusa yoluxub

“Aktiv xəstə sayı 23 min 861 nəfərdir”

Foto: Meydan TV


"22 xəstə vəfat edib"

Oktyabrın 23-də Azərbaycanda 2315 adam COVID-19 infeksiyasına yoluxub, 981 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 22 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 514 min 289 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

"Onlardan 483 min 559 nəfər müalicə olunaraq sağalıb, 6869 pasiyent ölüb. Aktiv xəstə sayı 23 min 861 nəfərdir".

O cümlədən, son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 min 053, bu günə qədər isə 5 milyon 95 min 973 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqŞənbə günü Azərbaycanda 2315 adam koronavirusa yoluxub