Vəfat edən olmayıb
Mayın 21-də Azərbaycanda 1 nəfər COVID-19 infeksiyasına yoluxub, 5 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Analiz nümunələri müsbət çıxanlardan vəfat edən olmayıb.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 792 min 708 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:
“Onlardan 782 min 950 nəfər müalicə olunaraq sağalıb, 9 min 710 pasiyent ölüb. Aktiv xəstə sayı 48 nəfərdir”.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 587, bu günə qədər isə 6 milyon 869 min 996 testin icra olunduğu göstərilib.