“Sənaye sektorunun inkişafından danışmağa dəyməz”

İqtisadçı Qubad İbadoğlunun fikrincə, hökumət 2014-cü ili “sənaye ili” elan edəndə neft sektorunu nəzərə almayıb

Source:


İqtisadçı Qubad İbadoğlunun fikrincə, hökumət 2014-cü ili “sənaye ili” elan edəndə neft sektorunu nəzərə almayıb

“Bu ilin yanvar-aprel aylarındaölkədə sənaye istehsalının həcmi 11 mlrd manat olub. Bu, ötən ilin eyni dövründəkindən 2 faiz azdır. Dördüncü aydır sənaye istehsalı həcmi neft sektorunda tempin azalması ilə bağlı geriləyir.

Neft və qaz hasilatı ilin əvvəlindən 1,5 faiz azalıb. Bu dövrdə 14 mln ton neft və qaz kondensatı hasil edilib. Bu, ötən ilin eyni dövründəkindən 1,7 azdır azdır.

 “Anglo-Asian Mining Company” qızıl hasilatışirkətinin işi pis getmir. Bu il çıxarılan qızıl (501,8 kq) ötən ilin eyni dövründəkindən 46,4 faiz çoxdur.

Neft emalı zavodlarının fəaliyyətinin qismən dayanması emal sənayesi məhsulunun həcminə də təsir edib. Neft emalı həcmi (778 mln manat) 13,3 faiz azalıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, qeyri-neft emal sənayesində istehsal 4,2 faiz artıb. Emal sənayesinin ümumi həcmi 2,3 mlrd manat olub (3,2 faiz). Bunun 35 faizi (820 mln manat) yeyinti sənayesinin payına düşür. İçki istehaslı (44 mln manat və ya mənfi 7,9 faiz), kağız və karton (7,3 mln manat və ya mənfi 11 faiz), rezin-plastmass məmulatı (12 mln manat və ya mənfi 31 faiz) istehsalı azalıb.

DSK-ya görə, ötən dövrdə sənayeyə  2 267 mln manat investisiya qoyulub. Bu, ötən ilin eyni dövründəkindən 12,7 faiz çoxdur. İnvestisiyaların çoxu (1,8 mlrd manat) neft sektoruna yönəldilib. Emal sahəsinə 134,2 mln manat əsaslı qoyuluş olub. Bu, ötən ilin eyni dövründəkindən 48,1 faiz azdır.

Bu il ölkədə«sənaye ili» elan edilib. Bu sahədə görüləcək tədbirlərlə bağlı xüsusi plan təsdiq edilib”.

“Turan”nın məlumatını Meydan TV-yə şərh edən iqtisadçı Qubad İbadoğlu məhsul istehsalının aşağı düşməsinin əsas səbəbinin neft sektorundakı tənəzzüllə əlaqələndirdi. Onun sözlərinə görə, hökumət 2014-cü ili “sənaye ili” elan edəndə neft sektorunu nəzərə almayıb: “Qeyri-neft sənayesi dedikdə, qeyri-neft sektorunun inkişafı nəzərdə tutulmalıydı. Bu yöndə önəmli olanlardan biri metallurgiya sənayesi idi, Azərbaycanın deyilən sahədə müəyyən potensialı da var. Amma sənaye sektorunun inkişafına bir il azdır”.

Qubad İbadoğlu bildirdi ki, sənaye sektoru ən investitor tutumlu sektorlardan biridir: “Xüsusən də nəzərdə tutsaq ki, ağır maşınqayırma, qara və əlvan metallurgiya sənayesi Azərbaycan üçün vacibdir. Ancaq əlavə investisiyanın cəlb olunması üşün Azərbaycanda münbit biznes mühiti olmalıdır. Əlverişli biznes mühitinin olmaması problemin həll olunmasını çətinləşdirir. Başqa tərəfdən, Azərbaycan iqtisadiyyatının diverfikasiyası vacibdir ki, bunun üçün qeyri-neft sektoru inkişaf etməlidir. Bu sıraya xidmət, nəqliyyat, ticarət sektoru da daxil olduğundan müəyyən inkişaf var. Amma ən böyük problem sənaye sektorundadır, bu il “Sənaye ili” elan olunmasına baxmayaraq, bu sahə sərmayə qoyulması səbəbindən çətinliklər yaşayır. Ona görə də sərmayə qoyulmadığından bir il ərzində sənaye sektorunun inkişafından danışmağa dəyməz”.

Ana səhifəXəbərlər“Sənaye sektorunun inkişafından danışmağa dəyməz”