Senatorlar Trampın Bakı ilə işgüzar əlaqələrinin araşdırılmasını istəyir

Amerikalılar güman edirlər ki, Məmmədovun ailəsi çirkli pulların yuyulması kanalı rolunu oynayıb

Source:



Amerikalılar güman edirlər ki, Məmmədovun ailəsi çirkli pulların yuyulması kanalı rolunu oynayıb

Bir qrup Amerika senatoru Federal Araşdırmalar Bürosuna, Amerika Baş Prokuroruna və Xəzinə müdirinə prezident Trampın Azərbaycanda şübhəli əməliyyatlarını araşdırmaq çağırışı ilə müraciət edib.

Senatorlar Şerrod Braun, Ben Kardin və Dayann Faynşteyn New Yorker-də “Donald Trampın ən pis sövdələşməsi” adlı məqalədə əksini tapmış faktları araşdırmağa çağırıblar.

“Turan” İA-nin məlumatına görə, xüsusən, Trampın, Amerika tərəfin iddiasına görə, İran İslam İnqilabı Korpusu (İİİK) ilə əlaqələri olan sabiq nəqliyyat naziri Ziya Məmmədovun ailəsi ilə işgüzar əlaqələrinin araşdırılması tələb olunur.

Bildirilir ki, bütün bunlar korrupsiyaya qarşı mübarizə haqqında qanunun və İrana qarşı sanksiyaların pozulmasıdır.

Senatorlar Trampın təşkilatının Ziya Məmmədovla münasibətlərini qurarkən korrupsiyaya qarşı mübarizə haqqında qanunları pozub-pozmadığını araşdırmaq xahişi ilə Ədliyyə Nazirliyinə müraciət ediblər.

Amerikalılar güman edirlər ki, Məmmədovun ailəsi çirkli pulların yuyulması kanalı rolunu oynayıb.

Senatorlar məktubda qeyd edirlər: “Trampın Bakıda “Trump Tower” otelinin tikintisinin içracıları ilə bağlı olan strukturları İİİK tərəfindən maliyyələşdirilib.

Prezident Tramp və onun strukturları bədnam Azərbaycan oliqarxları ilə və bəlkə də İİİK ilə də bağlıdır”.

Senatorlar həmçinin Trampın Bakıda qanunsuz sövdələşmələri qəsdən həyata keçirib-keçirmədiyini müəyyən etməyi və lazım gələrsə, Trampın strukturlarını cinayət təqibinə məruz qoymağı mümkünlüynün araşdırılmasını xahiş ediblər .

Ötən ilin sonunda ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın şirkəti Azərbaycan və Braziliyada bağladığı lisenziya müqavilələrini bitirdiyini elan etmişdi. “Trump Organisation” şirkətinin icraçı vitse-prezidenti Alan Garten CNN-ə müsahibəsində müqavilələrin kəsilməsini “ev təmizliyi” adlandırmışdı.

Bakıda yerləşən “Trump Tower” otelinin Azərbaycanda olan tərəfdaş şirkəti – təsisçisi Azərbaycanın keçmiş nəqliyyat nazirinin oğlu Anar Məmmədova məxsus “Qarant” holdinqdir. Ötən ilin sonlarında Trampın layihədən imtina etdiyi bildirildi və binanın üzərindən “Trump Tower” adı silindi.

Ana səhifəXəbərlərSenatorlar Trampın Bakı ilə işgüzar əlaqələrinin araşdırılmasını istəyir