Senatorlar Azərbaycanda LGBT icmasına təzyiqə görə Tramp administrasiyasına müraciət edib

“Azərbaycanla əməkdaşlıq insan hüquqlarının pozulması qarşısında səssiz qalmağımıza səbəb olmamalıdır”

Source:
Tramp senatorlarla
Tramp senatorlarla


“Azərbaycanla əməkdaşlıq insan hüquqlarının pozulması qarşısında səssiz qalmağımıza səbəb olmamalıdır”

ABŞ senatorları Pal Toomi və Ron Viden dövlət kaitibi Reks Tillersona müraciət edərək Trump administrasiyasını Azərbaycanda LGBT icmasına qarşı təzyiqləri qınamağa

çağırıblar.

“Biz Azərbaycan hakimiyyətinin onlarla gey və transseksualı sadəcə gey və transseksual olduğu üçün həbs etməsi ilə bağlı mətbuatda yayılan xəbərlər haqqında narahatlığımızı bildirmək üçün yazırıq. Sizi bu hesabatları araşdırmağa və əgər məlumat doğrudursa, bu əməli ictimai şəkildə qınamağa və təqsirləndirilən şəxslərin məsuliyyətə cəlb edilməsini tələb etməyə çağırırıq”, – senatorlar qeyd ediblər.

Senatorlar qeyd ediblər ki, Azərbaycan hakimiyyəti sentyabr ayının sonlarında paytaxt Bakıda 50-dən çox geyin və transseksualın saxlanılması ilə nəticələnən reydlər keçirib. Bir süjetdə, zərərçəkmişlərə kömək edən vəkillərdən biri polisin ümumi olaraq homoseksualları hədəf aldığını, saxlanılan şəxslərin qeyri-insani rəftara və işgəncələrə məruz qaldıqlarını, onların saçlarının qırxıldığını, bəzilərinin elektroşoka məruz qaldıqlarını deyir.

“Rusiya ilə İran arasında yerləşən Azərbaycan, geosiyasi, eyni zamanda enerji təchizatı baxımında nəhəmiyyətli bir bölgədədir. Azərbaycan hökuməti terrorla mübarizə üzrə ABŞ-la əmədaşlıq edib və NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramının üzvüdür. Bu əməkdaşlıq əhəmiyyətlidir. Lakin, insan hüquqlarının pozulması qarşısında səssiz qalmağımıza səbəb olmamalıdır. Həqiqətən ABŞ-ın xarici siyasəti həm dəyərlərimizi, həm də maraqlarımızı təbliğ etməlidir və bu ikisini bir-birindən ayıran hər hansı bir fakir yalnışdır”, məktubda deyilir.

Məktuba sonradan senatorlar Tomi Baldvin, Susan Kollins, Cefri Merkley, Marko Rubio, Cenne Şaheen və Thom Tillis də qoşulublar.

“Human Rights First” qeyri-hökümət təşkilatı senatorların Tramp Administrasiyasına çağırış etməsini alqışlayıb.

“Bugünkü məktub Tramp administrasiyasına və Azərbaycanın rəhbərliyinə insan hüquqlarını pozanların azad buraxılmayacağını xatırlatdı. Ümid edirik ki, katib Tillerson senatorların çağırışına diqqət göstərəcək və məsələ ilə birbaşa özü məşğul olacaq”, – “Human Rights First” təşkilatının nümayəndəsi Şoun Qaylord bildirib.

Oktyabrda LGBT icmasının 50-dən çox üzvünün kütləvi həbsi hətta LGBT fərdlərinin qəbul olunmadığı ölkələrdə belə görülməmişdi. Həftələr öncə Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat katibi Ehsan Zahidov jurnalistlərə bildirib ki, LGBT fərdləri “millətimizə, dövlətimizə və mentalitetimizə uyğun deyil”.

“Azərbaycan regionda LGBT icmasına qarşı təzyiq göstərən son ölkədir və buna etinasız yanaşırsa, çox gümankı bu son olmayacaq”, – Qaylord əlavə edib.

“Lakin, əgər Dövlət Departamenti addım ataraq Azərbaycan hökumətinə danışmaq və hesabat vermək üçün təzyiq göstərsə, bu bütün həssas icmalara tək olmadıqlarını göstərən mesaj ola bilər”.

Azərbaycanda homoseksuallıq 2000-ci ildə dekriminallaşdırılıb.

2017-ci il sentyabrın sonlarından başlayaraq son iki həftəsində 83 nəfər LGBT üzvü polisə aparılıb. Sonradan hüquq-mühafizə orqanları həbslərin fahişəliyə qarşı reydlərin nəticəsi olduğunu qeyd edib.

Saxlanılanlar hüquq-müdafiəçilərinə polis tərəfindən zorakılığa məruz qaldıqlarını bildiriblər. Beynəlxalq reaksiyadan sonra saxlanılanlar, sərbəst buraxılıblar.

Ana səhifəXəbərlərSenatorlar Azərbaycanda LGBT icmasına təzyiqə görə Tramp administrasiyasına müraciət edib