Senator Ben Kardin Naxçıvandakı qəddarlığa reaksiya verdi (yenilənib)

İlqar Nəsibovun döyülməsi ilə bağlı məhkəmə-tibbi ekspertiza keçirilməyib

Source:


İlqar Nəsibovun döyülməsi ilə bağlı məhkəmə-tibbi ekspertiza keçirilib


14.20

Avqustun 25-də Naxçıvanda döyülən hüquq müdafiəçisi İlqar Nəsibov məhkəmə-tibbi ekspertizasından keçirilib. Məlumatı Azadlıq Radiosuna İlqar Nəsibovun həyat yoldaşı, hüquq müdafiəçisi Məlahət Nəsibova verib. Onun sözlərinə görə, İlqar Nəsibovun ağrıları güclənib, həkimlər danışmağa və hərəkə etməyə icazə vermirlər:

«Ekspertizadan gəlib, xəsarətləri, sınıqları, qırıqları yazdılar. Dedilər ki, gələn həftə polis araşdırmasının nəticəsi bəlli olacaq. Onlar da dedi ki, bu döyülmə bir nəfərin işi deyil. Dedilər ki, bir neçə nəfər döyüb. İlqarı Bakıya müalicəyə gətirmək istəyirdik, həkimlər icazə vermədilər. Biz İlqarın tomoqrafiya cavablarını Beynəlxalq Sərhədsiz Həkimlər Təşkilatına da göndərmişdik. Onlar da bildiriblər ki, beyin silkələnməsinə görə, İlqara tərpənmək olmaz. Ola bilsin təşkilat Naxçıvana həkim göndərdi».

Məlahət Nəsibova deyir ki, bu gündən həyat yoldaşına yemək verməyə başlayıblar:

«Həkimin məsləhəti ilə İlqar bu gündən yeməyə başlayıb. Duru yeməklər içir. Həkim deyib ki, danışmaq, dərdləşmək olmaz. Ancaq yatmaq, yaxud yarıuzanmış vəziyyətdə olmaq olar. Ağrıları indi daha çox hiss etməyə başlayıb. Çox güclü ağrıları var. Ağrıkəsici vurmasaq, yata bilmir. Ev şəraitində müalicəni davam etdiririk. İynələrini mən vururam»


***

Hüquq müdafiəçisi İlqar Nəsibovun vəhsiçısinə döyülməsindən üç gün keçsə də, polis fakt üzrə cinayət işi qaldırmayıb. Bundan əlavə, indiyədək məhkəmə-tibbi ekspertiza keçirilməyib.

Bu barədə “Turan İA”-a İ.Nəsibovun xanımı Məlahət Nəsibova bildirib.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanları araşdırmanın  nəticələri  və cinayət işinin açılıb-açılmaması barədə məlumat vermirlər.

İ. Nəsibovun səhhətinə gəlincə, M.Nəsibova onun  vəziyyətinin stabil ağır olduğunu bildirib. O, Naxçıvanda vəziyyəti nəzərə alaraq, təhlükəsizlik məqsədilə müalicənin evdə davam etdirilməsini vacib sayıb.

M. Nəsibova bu cinayətin araşdırılmasından hakimiyyətin faktiki olaraq imtina etməsi ilə bağlı hüquq- mühafizə orqanlarından şikayət edəcəyini də istisna etməyib.

ABŞ senatoru Ben Kardin İ.Nəsibovun döyülməsinə reaksiya verib. O, Facebook səhifəsində Azərbaycan hökumətini İ.Nəsibovun  döyülməsi faktının hərtərəfli araşdırılmasına çağırıb.

“İlqar  Nəsibov  uzun illər  jurnalist və hüquq müdafişçisi kimi çalışıb və biz onunlayıq” – deyə senator Kardin bildirib.

Naxçıvan polisi bildirib ki, İ.Nəsibov vətəndaş Fərid Əsgərovla yaranan məişət münaqişəsi zəminində döyülüb.

M.Nəsibova bunun yalan olduğunu deyir. Onun fikrincə, İlqara hücum hakimiyyətin onların rəhbərlik etdiyi Resurs Mərkəzinin fəaliyyətini məhv etmək məqsədilə qisas almasıdır.

Ana səhifəXəbərlərSenator Ben Kardin Naxçıvandakı qəddarlığa reaksiya verdi (yenilənib)