Senat Kataloniya üzərində birbaşa idarəçiliyi təsdiqləyib (Yenilənib)

“Parlamentdə 70 nəfər Kataloniyanın müstəqilliyinə səs verib”

Source:
Kataloniyadan foto
Kataloniyadan foto



Avropa İttifaqı Kataloniya parlamentinin müstəqillik haqqında Bəyannamə qəbul etməsinə münasibət bildirib.



Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Kataloniynın müstəqillik elan etməsinin Avropa İttifaqı üçün heç nəyi dəyişdirməyəcəyini bidirib. O, Aİ-nin yalnız İspaniya mərkəzi hökuməti ilə əlaqələri davam etdirəcəyini söyləyib: “Bizim tərəfdaşımız İspaniya olaraq qalacaq”.


***


“Parlamentdə 70 nəfər Kataloniyanın müstəqilliyinə səs verib”

İspaniya Senatı Kataloniya üzərində birbaşa idarəçiliyi təsdiqləyib. Bu barədə məlumatı BBC və “Frans Press” agentlikləri yayıb.

Bildirilir ki, Kataloniyanın regional parlamenti oktyabrın 27-də əyalətin İspaniyadan ayrılaraq müstəqilliyini elan edib.

135 yerlik parlamentdə 70 nəfər müstəqilliyin lehinə, 10 nəfərsə əleyhinə səs verib.

“Sossialist”, “Xalq” və” Həmrəylik” partiyasından olan deputatlar buna etiraz olaraq səsvermədən qabaq iclas zalını tərk ediblər.

Parlamentin qərarında müstəqillik prosesinin başlanmasına çağırılır. Kataloniya üçün əsas qanunların hazırlanması, İspaniya hökumətiylə əməkdaşlıq qurmaqdan ötrü “bərabər əsasda” danışıqların aparılması nəzərdə tutulur.

Ölkənin baş naziri Mariano Rajoy xalqı sakitliyə çağırıb və deyib ki, Kataloniyada hüququn aliliyi bərpa olunacaq.

Hələlik, Kataloniyanın ayrılmasına heç bir ölkə dəstək verməyib.

Kataloniya oktyabrın 1-də müstəqilliklə bağlı referendum keçirib və 90 faizdən çox seçici müstəqilliyə “hə” deyib. İspaniya hakimiyyəti referendumu qanunsuz sayır.

Ana səhifəXəbərlərSenat Kataloniya üzərində birbaşa idarəçiliyi təsdiqləyib (Yenilənib)